Fuad Əliyevin seçki qərargahının rəhbəri DANIŞDI

13:21 19-01-2024 | icon 408 | Siyasət
Fuad Əliyevin seçki qərargahının rəhbəri DANIŞDI

Xəzər Teyyublu: "Xeyli sosial problemlər var və həllini gözləməkdədir”

 

“Seçki kampaniyamız davam edir. Təbliğat-təşviqat, seçicilərlə görüş zamanı hər hansı müdaxilə, süni problem olmayıb. Seçicilərlə görüşlər üçün hava şəraiti nəzərə alınaraq, qapalı yerlər ayrılıb. Düşünürəm ki, normal bir proses gedir”.

 

Versus.az xəbər verir ki, bunu prezidentliyə namizəd Fuad Əliyevin “Vətəndaş birliyi” seçki qərargahının rəhbəri Xəzər Teyyublu bildirib.

 

Xəzər Teyyublu qeyd edib ki, seçki günü hər bir vətəndaş seçki məntəqəsinə gələrək səsinə sahib çıxmalıdır. O, vurğulayıb ki, bu seçki ilk dəfə bütün Azərbaycanda, azad edilən ərazilərdə, Xankəndidə keçiriləcək:

 

“Biz seçicilərlə görüşləri davam etdiririk. İnanırıq ki, yaxşı bir kampaniya təşkil edə bilmişik. İnsanlar gəlib səs versinlər. Görüşlərdə də çağırış edirik ki, səsverməyə gəlməkdən imtina etməyin. Eyni zamanda, görüşlərdə insanları dinləyir, problemləri ilə maraqlanırıq. Təbii ki, ölkədə xeyli sosial məsələlər var və həllini gözləməkdədir”.

 

AYSEL
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq