Faringit bizi niyə QORXUDUR?

10:14 21-01-2024 | icon 587 | Sağlamlıq
Faringit bizi niyə QORXUDUR?

Nərminə Abbasova: “Bu əlamətlər kimdə varsa, ən qısa zamanda həkimə müraciət etməlidir”

 

Boğaz ağrısı ilə bağlı mövzumuz davam edir. Ailə həkimimiz Nərminə xanım Abbasova bu dəfə oxucularımızı xalq arasında boğaz ağrısı kimi tanınan faringitlə bağlı məlumatlandırıb.

 

Nərminə xanım bildirdi ki, faringit boğazın arxa hissəsini əhatə edən selikli qişanın iltihabı xəstəliyidir. Onun sözlərinə görə, bu iltihab boğazda narahatlıq, quruluq və udma çətinliyinə səbəb ola bilir:

 

“Xəstəliyin müddətinə görə faringit iki yerə bölünür. Əgər faringit yeni yaranıb və ciddi şikayətlərə səbəb olubsa, bu vəziyyət “kəskin faringit” kimi təyin olunur. Kəskin faringitdə xəstənin şikayətləri daha qabarıq şəkildə özünü göstərir. Boğaz ağrısı, udma çətinliyi, boğazda quruluq, yanma və ya qaşınma hissi, qızdırma, öskürək kimi şikayətlər olur.

 

 

Kəskin faringitin adətən yuxarı tənəffüs yollarının infeksiyası olduğunu deyən həkim bildirdi ki, buna baxmayaraq uzun müddətli və çox ağır olmayan şikayətlər varsa, buna “xroniki faringit” deyilir:

 

Faringitin bu növündə isə simptomlar daha yüngül olsa da, lakin davamlıdır. Boğazda quruluq, sancma, yanma və yad cisim hissi, udmada yüngül çətinlik kimi şikayətlər müşahidə olunur. Xroniki faringitdə yoluxucu amillər rol oynasa da, adətən bu amillər arasında spirt və siqaret istifadəsi, quru və çirkli hava kimi faktorlar da rol oynayır.

 

Faringitin əlamətlərinə diqqət çəkən Nərminə xanım vurğuladı ki, faringitin inkubasiya müddəti adətən 2-5 gündür. Onun sözlərinə görə, xəstəliyi müşayiət edən simptomlar faringitə səbəb olan vəziyyətdən asılı olaraq dəyişsə də, xəstəliyin əlamətlərini boğazda yanğı, qıcıqlanma və qaşınma hissi; udqunma zamanı çətinlik və ağrı; burun axması və davamlı quru öskürək; baş ağrısı və yorğunluq hissi; bədəndə ağrılar və hərarət; ağızda qeyri-adi dad; ümumi pozğunluq və iştahsızlıq və sair kimi sıralamaq olar. Həkim qeyd etdi ki, əlamətlər ilə xəstəlik özünü biruzə verə bilir. Və bu əlamətlər kimdə varsa, ən qısa zamanda həkimə müraciət etməsində fayda olar.

 

 

Faringitin yaranma səbəblərinə gəlincə, ailə həkimi dedi ki, səbəblər müxtəlifdir:

 

Faringitin yaranma səbəbləri müxtəlif olsa da, təxminən 90% nisbətində xəstəlik bakterial, göbələk, ətraf mühit və şəxsi faktorlar səbəbi ilə yaranır. Virus və bakteriyalar faringitin yaranmasının ən çox yayılmış səbəbidir. Virus faringiti udlağın iltihabi proseslərinin təxminən 70%-ni təşkil edir. Bundan əlavə, faringitə ən çox soyuqdəymə, qrip və ya mononükleoz kimi viral infeksiyalar da səbəb olur. Bəzi hallarda isə faringitin yaranma səbəblərinə allergiya, travma və yaxud zədələyici amillərin təsiri aid ola bilir. İmmun sisteminin pozulması, ağır xroniki xəstəliklər, çirkli hava, siqaret və spirtli içkilərin istifadəsi də faringitin yaranma ehtimalını artırır”.

 

Təbii ki, hər bir pasienti faringitin müalicəsinin necə aparılması maraqlandırır. Nərminə xanım oxucularımızın bu barağından dolayı onları qısaca da olsa məlumatlandırıb. Bildirib ki, kəskin faringitdə infeksiya iştirak etdiyi üçün infeskiya müalicəsi vacibdir:

 

“Bundan əlavə, ağrıkəsicilər, qızdırma salan dərmanlar, öskürək və ağız qarqaraları istifadə edilə bilər. Lakin xroniki faringitin müalicəsi çox çətindir. Faringitin bu növündə xəstəlik çox vaxt tamamilə aradan qaldırılmır. Müalicə zamanı xəstəliyə səbəb olan amilləri, məsələn allergiya, sümük əyriliyi və sairi aradan qaldırmaq vacibdir. Bundan əlavə, faringitin müalicəsində təbii üsullardan da faydalanmaq mümkündür. Xalq təbabətində geniş istifadə olunan adaçayı, sarımsaq və nanə xəstələrin köməyinə çatacaqdır. Qeyd edim ki, adaçayı farıngitin səbəb olduğu boğaz iltihabına çox yaxşı təsir edir. Limon suyu və dəmlənmiş adaçayı ilə qarqara da faringitə yaxşı təsir göstərir. Sarımsaq antiseptik xüsusiyyətlərə malik olduğundan dolayı, bakterial infeksiyaya kömək edə bilər və faringitin səbəb olduğu boğaz ağrısını aradan qaldırmağa kömək edə bilər. Buna görə də sarımsağı boğaz ağrısı üçün istifadə etməyin ən yaxşı yolu onu çiy çeynəmək və ya udmaq lazımdır. Nanə bir çox xəstəliyə faydası olmaqla yanaşı, faringitə də yaxşı təsir edir. Nanə boğaz ağrısını sakitləşdirə və quru öskürəyi aradan qaldıra bilər. Bu zaman nanəni dəmləyib çay şəklində içmək olduqca faydalı olacaqdır”.

 

 

QEYD:

 

Ailə həkimi Nərminə Abbasova Faringitdən əziyyət çəkən hər kəsi MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaq.

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR