Dünyanın sonuna hazırlıq

08:36 23-01-2024 | icon 399 | Maraqlı
Dünyanın sonuna hazırlıq

Əvvəllər paranoid düşüncə olan apokalipsis - dünyanın sonu indi bir çoxları üçün kabusa çevrilib.

 

Məşhur adlar həyatda qalmaq üçün qalalar və sığınacaqlar inşa edirlər. ABŞ vətəndaşlarının təxminən üçdə biri dünyanın sonuna hazırlıq gördüyünü etiraf edir.

 

Amerikalıların təkcə keçən il, 2022-ci ilin aprelindən 2023-cü ilin aprelinə qədər sağ qalmaq üçün lazım olan ləvazimatlara 11 milyard dollar xərclədikləri məlum olub.

 

Dünyanın ən zənginləri yeraltı qəsəbələrə, şəxsi adalarına və “həyatda qalma evləri”nə getdikcə daha çox pul xərcləməyə başlayıblar.

 

Mark Zukerberq Havay adasındakı fermasının altında öz enerji və qida mənbələrinə malik, partlayışa davamlı qapıları olan 100 milyon dollarlıq gizli qala inşa edib.

 

“Amazon”un qurucusu Ceff Bezos Mayamidə “İndian Creek” adasındakı “Milyarderlər sığınacağı”ndan 79 milyon dollara malikanə satın alıb və rəsmi olaraq Mayamiyə köçdüyünü elan edib.

 

Milyarder, iş adamı Frank Vandersloot 2 min hektarlıq fermanı 51 milyon dollara satın alıb.

 

“OpenAI”ın CEO-su (baş direktoru) Sem Altman açıqlayıb ki, “PayPal”ın həmtəsisçisi Peter Thiel ilə dünyanın sonu gələcəyi təqdirdə Thielin Yeni Zelandiyadakı mülklərindən birində gizlənəcəkləri barədə “razılaşma” əldə ediblər.

 

“PayPal”ın həmtəsisçisi Reid Hoffman fəlakət baş verərsə, Yeni Zelandiyanın gizlənmək üçün ideal yer olacağını deyib.

 

“Google”un milyarder həmtəsisçisi Larri Peyc də Yeni Zelandiyada yaşamaq icazəsi əldə edib. Sahibkar Mihai Dinulescu 2020-ci ildə COVID-19 pandemiyasının başlamasından sonra həyat yoldaşı ilə birlikdə Yeni Zelandiyaya qaçıb.

 

Yeni Zelandiyada 14 sığınacaq inşa etdiyini deyən “Rising S” şirkəti də daxil olmaqla, insanların apokalipsisdən qorunma tələblərini qarşılamaq üçün bir sıra şirkətlərin olduğu ortaya çıxıb.

 

ABŞ-nin tərk edilmiş raket siloslarını həyatda qalmaq üçün yeraltı hündür binalara çevirən “Survival Condo” şirkəti və dünya üzrə milyarderlərə ultra lüks sığınacaqlar təklif edən Çexiyadakı “Oppidum” kimi şirkətlər milyarderlərə "qiyamət günü" qorxularını dəf etmək üçün xidmətlər təklif edirlər.

 

Son illərdə adalara meyil edən varlı insanların sayı getdikcə artır. Riçard Branson, Conni Depp, Dupont kimi zənginlər adalar satın alan adlar sırasındadır.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycan burada bir bəhanədir, əsas məqsəd...

"Bayrağımız Qarabağda dalğalanmadıqca içimiz rahat deyildi, bu gün isə..."

Zəfər gününün ruhu, qüdrəti ilə vüqarla dalğalanan BAYRAĞIMIZ

“Zəfərimiz, bayrağımız müqəddəsdir, mənfurların vurduğu ləkəni götürməz”

129 nömrəli məktəbdə  maarifləndirici tədbir

Deputatdan bankların tələbləri ilə bağlı TƏNQİD

Neftçalada ev sahibi ilə birgə YANDI

Azərbaycanda İLK

Rəqəmsal məlumat platforması İSTİFADƏDƏ

Bu universitetə rektor TƏYİN EDİLDİ

Ödəmə terminalından oğurluq etmək İSTƏDİ

Əyriboyunluq xəstələri həkimə daha gec fazada gətiriləndə müalicə gecikir

Qarabag müharibəsi əlili haqqını tələb etdi və...

Məhşur restoranda kütləvi DAVA

Samir Bağırovun içinə şeytan girirmiş