AŞPA Azərbaycandan nəyin qisasını alır?

11:08 24-01-2024 | icon 476 | Siyasət
AŞPA Azərbaycandan nəyin qisasını alır?

Könül İsmayılova: “AŞPA-nın Azərbaycana təzyiq cəhdi sıfıra bərabərdir”

 

“AŞPA Azərbaycana diş qıcayır, əzələ nümayiş etdirir. Bu yanaşması ilə də özünü dünyanın gözü qarşısında biabır edir. Bu qurumun ikili standartlı mövqeyi ilk dəfə deyil və artıq Azərbaycana qarşı bu cür yanaşması səbrləri tükədib”.

 

Versus.Az xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı açıqlamasında Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

 

Könül İsmayılova qeyd edib ki, almaniyalı deputatın Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifinin Monitorinq Komitəsində müzakirəsi zamanı orada iştirak edən Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması AŞPA-nın növbəti yanlışlarındandır:

 

“Əslində Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir. Qeyd etdiyim kimi, Azərbaycana qarşı atılan bu kimi addımlar ilk deyil. Müşahidələr göstərir ki, hələ bu cür addımlara davam edəcəklər. Təsadüfi deyil ki, sözügedən qurum müxtəlif ölkələrin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkofob təfəkkürlü nümayəndələrinin düşərgəsinə çevrilib”.

 

Fransanın öz istəklərini Almaniya vasitəsilə həyata keçirmək cəhdlərinə diqqət çəkən K.İsmayılova vurğuladı ki, rəsmi Paris indi də Almaniya ilə birlikdə AŞPA-da Bakıya qarşı təzyiqlərə başlayıb:

 

“Fransa Almaniyanın əli ilə AŞPA-nı ölkəmizə qarşı yönləndirir. Zatən AŞPA-nın Azərbaycana mövqeyi bəllidir. Odur ki, bu cür oyunlarda vasitəçi olmağa çoxdan hazırdır. Bakı ta AŞPA-ya üzv olandan, yəni 2001-ci ildən indiyədək bu təşkilatdan ermənipərəst mövqe görüb. Bu mövqe indi də var və bu, AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi tələbi, müzakirə zamanı nümayəndə heyətimizin səsvermə hüququnun məhdudlaşdırılması məsələsində bir daha özünü büruzə verdi. Amma fakt budur ki, AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur və bu, öz suverenliyi və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı sadəcə qisas cəhdidir. Azərbaycan üçün isə artıq bu gün AŞPA-ya üzv deyə bir problem olmadığı üçün təşkilatın sözügedən təzyiq cəhdi sıfıra bərabərdir”.

 

SEVDA
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR