Meyxanaçı özünə qadağa qoydu

08:34 25-01-2024 | icon 291 | Şou-biznes
Meyxanaçı özünə qadağa qoydu

“İş çox olanda giley olur. Çünki insan özünə, ailəsinə vaxt ayıra bilmir. İllərdir bu işin içindəyəm, bütün prosesləri keçmişəm. İnsana əsas özü, ailəsi, dostlarıdır. Düzdür, sənətlə də məşğul olmaq lazımdır. Amma gözəlliyi maddiyyata qurban vermək olmaz. Bəziləri üç-dörd gün pul qazanmayanda dəli olur. Mən o insanlardan deyiləm”.

 

Bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu verilişlərin birinə qonaq olarkən deyib.

 

O bildirib ki, sənətdən çox ailəsinə vaxt ayırmağa üstünlük verir. 

 

Namiq trendə düşən mahnılardan da söz açıb:

 

“Bəzən şou-biznesdə nələrsə baş verir, mən trend olan hadisələrdən qaçıram. Kimsə orada zirvə tapır, kimsə biabır olur. Trend həvəskarı olmaq qorxuludur. Bir ara mənim də beynimi doldurmuşdular. Gördüm ki, yaxşı iş aparmıram. Amma trendə düşəndə sevinirsən”. 

 

N. Qaraçuxurlu aparıcı Kazım Sübhanın “Namiqə hansı mövzuda sual vermək olmaz” sualına belə cavab verib:

 

“Mənə bütün mövzularda sual vermək olar, amma cavab almaq yox. Şəxsi həyatdan başqa, xüsusi qadağam yoxdur. Hər mövzuda danışıram”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122