Ermənistanı Sülhə qarşı qoyan mühüm amillər

15:36 25-01-2024 | icon 316 | Siyasət
Ermənistanı Sülhə qarşı qoyan mühüm amillər

Sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı məsələ gündəmdədir. Artıq yanvar ayının sonuna qədər sərhədlərin müəyyənləşməsi ilə bağlı komisiya yenidən bir araya gəlir. Prezidentin son müsahibəsində söylədiyi fikirlərdən yola çıxaraq bu prosesin nə qədər vaxt alacağı diqqətdə saxlanılır.

 

Maraqlıdır, sərhədlərin müəyyənləşdirilməsi yekun sülhə hansısa təhdid yaradırmı? Bu məsələdə İrəvan geri addım atacaqmı və anklavlar məsələsi öz həllini necə tapa bilər?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə danışan siyasətçi və siyasi ekspertlər bir sıra nüansları önə çəkiblər.

 

“Ermənistan özünün gələcəyi naminə mövqeyini müəyyənləşdirməlidir”

 


Milli Məclisin deputatı Aydın Mirzəzadə hesab edir ki, sərhədlərin müəyyənləşdirilməsi məsələsi uzun sürən bir proses olduğu üçün onu qısa müddət ərzində həll etmək mümkün deyil.

 

Vaxtilə bir dövlətin tərkibində olduğumuzu qeyd edən deputat sərhədlərin şərti olaraq qəbul edildiyini vurğuayıb:


“Bu gün əsas məsələ sülh müqaviləsinin bağlanmasıdır. Hər iki tərəf üzərinə bir-birinin ərazisinə hörmətlə yanaşmaq, aralarında olan məsələlərin hərbə əl atmadan həll etmək, bir-birinə qarşı düşmən mövqeyində olmamaqla bağlı öhtəlik götürməlidir. Azərbaycanın təklifi bundan ibarətdir. Sülh müqaviləsindən sonra sonra isə artıq tərəflər birgə komissiyanın sərhədlərin müəyyənləşməsi üzərində işləməsini təşkil edə bilərlər. Onun nə vaxt bitəcəyini söyləmək çətindir. Sülh müqaviləsi bağlanarsa, ölkələr bir-birinin ərazisində diplomatik nümayəndəlikləri, kommunikasiyaları açarsa, bu məsələ həll oluna bilər”.

 

A.Mirzəzadə Azərbaycanın bu məsələdə mövqeyinin aydın və konkret olduğunu deyib. Onun qənaətinə görə Ermənistan özünün gələcəyi naminə mövqeyini müəyyənləşdirməlidir.

 

“Sülh müqaviləsinin bağlanması real vəziyyətdə çətin görünür”

 

Politoloq Rauf Məmmədov bildirib ki, bu gün bölgədə vəziyyəti gərginləşdirmək daha aktualdır.

 

Onun fikrincə, sülh müqaviləsinin bağlanması real vəziyyətdə çətin görünür:


“Çünki qlobal güclər sülh müqaviləsinin bağlanmasını istəmirlər. Başda Fransa, ABŞ, Rusiya daha çox bölgədə müharibə, qarışıqlığın olmasını istəyirlər. Çünki gərginlik davam edərsə, həmin güclər bu vəziyyətdən istifadə edib bölgədə özlərini gücləndirə bilərlər. İrəvan rəhbəriyi bu dövlələtlərin kuklası olduğu üçün müstəqil qərar verib sülhə imza atacağı istisnadır. İrəvanın eyni zamanda Türkiyə Azərbaycanla yaxınlaşıb məsələnin həllinə çalışacağı da imkansız görünür. Yəni bu gün sülh müqaviləsi məsələsi arxa plana keçir və yaxın vaxtlarda bölgədə vəziyyətin gərginlşməsi məsələsi gündəmə gəlir”.

 

R.Məmmədov bölgədə gərginliyin yaradılmasında açıq kartlarla oynayan Fransanın hər vəchlə Gürcüstanı da prosesə cəlb etmək niyyətində olduğunu deyib. Politoloq qeyd edib ki, regionda vəziyyətin məlum gedişatı bölgədə bu təhlükənin ortadan çıxmasına səbəb oldu. Ancaq güc dövlətləri, xüsusilə Fransa son təhlükəli kartı oynamaq istəyir:

 

“Bu təhlükli “kart” din qarşıdurması məsələsinin ortaya atılmasıdır. Son dövrlər Fransanın dini məsələnin üzərinə getdiyini və ermənilər də bu məsələdə fəallıq göstərdiyini müşahidə edirik. Fransa bölgədə xiristian-islam qarşıdurması yaratmaq istəyir. Burda Azərbaycan müsəlman dünyasının önündə, qarşı tərəfdə isə xiristian Gürcüstan, Ermənistan, Avropa Birliyini gündəmə gətirməyə çalışırlar. Düşünürlər ki, bundan nəsə əldə edəcəklər”.

 

R.Məmmədov qeyd edib ki, bu, dünyanın bölüşdürülməsi prosesində cərəyan edən bir xəttir. Onun fikrincə, dünyanın bölüşdürülməsi yekunlaşmayıb, hələ Yaxın Şərqdə, İranın özündə yeni münaqişə ocaqları yaranacaq:

 

“Dünyanın bölüşdürülməsi prosesi hələ 30-cu illərə qədər davam edəcək. O dövrə qədər də Azərbaycanda sakitlik olmayacaq. Yəni bunu dövlət rəhbərliyi bilir və ona görə də hərbi sahənin gücləndirilməsinə xüsusi diqqət ayrılır. Növbədənkənar seçkilərin keçirilməsi də bununla bağlıdır”.

 

R.Məmmədov belə bir kontekstdə sülh müqaviləsinin tezliklə bağlanmasını mümkün saymayıb:

 

“Ermənistanın regionda mövcudluğu bizim üçün qara yaradır. Ermənistam nə qədər var, bizim başımız ağrayacaq. Çünki Ermənistan qlobal güclərin bölgədə yaratdığı kaloniyasıdır və onun vasitəsi ilə bölgədə geosiyasi oyunlar oynayırlar. Ermənistan yer üzündən silinməyənə qədər bizim, Türkiyənin başı ağrayacaq. Ona görə də gələcəkdə Ermənistanın Qafqazdan yox olması istiqamətində atılacaq addımlara hazır olmalıyıq”.

 

“Sülh müqaviləsinin bağlanması üçün Ermənistan tərəfi öz siyasətini dəqiqləşdirməlidir”

 

Siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistan-Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi istiqamətində birgə komissiyanın bir araya gəlməsi mümkündür.

 

Onun sözlərinə görə, amma müəyyən dəqiqləşdirilmələr aparılmalıdır. Çünki Ermənistan tərəfi absurd şərtlərlə çıxış edir:

 

“Ermənistan Azərbaycan ordusunun güzgü prinsipi ilə sərhəddən geri çəkilməsini tələb edir, ankavlarla bağlı mübadilə məsələsini ortaya qoyur, hətta 32 kəndin Azərbaycan tərəfindən işğal olunduğunu iddia edir. Eləcə də, ötən gün Ermənistan xarici işlər naziri Ararat Mirzoyan müəyyən irəliləyişlərin olduğunu qeyd etsə də, yenə Azərbaycanı ittiham edir, xəritə məsələsini ortaya atırlar. Ermənistan sərhədlərin 1974-78-ci il xəritələrinə istinad edərək müəyyənləşdirilməsini təklif edir ki, bu da Azərbaycanı qətiyən qane etmir. Ən mühüm məsələ Zəngəzur yolunun maneəsiz giriş-çıxışı ilə bağlıdır. Cənab Prezident televiziyaya verdiyi son müsahibədə xüsusi vurğuladı ki, bu yolun maneəsiz giriş-çıxışı təmin edilməsə sülh müqviləsi bağlanmayacaq. Yəni, delimitasiya, demorkasiya prosesinin işi təkcə nəqliyyat əlaqələrinin, kommunikasiyaların açılması ilə bağlı deyil, Zəngəzur yolunun açılması mütləq mənada həyata keçirilməlidir. Düşünürəm ki, Ermənistan həm xəritə məsələsinə görə geri addım atmalı, eyni zamanda ordunun güzgü şəklində geri çəkilməsi iddiasından əl çəkməlidir. Zəngəzur yolu açılmasa, Ermənistanla sülh müqaviləsi Azərbaycanın nəyinə lazımdır. Onsuz da Azərbaycan öz sərhədlərində dayanıb və Ermənistanla heç bir nəqliyyat iqtisadi asılılığımız yoxdur. Sülh daha çox Ermənistana lazımdır və Azərbaycanın şərtlərini yerinə yetirməlidir. O şərtlər də beynəlxalq hüquqa uyğundur. Azərbaycan Ermənistan ərazisinə qarşı iddia irəli sürmür, ərazi bütövlüyünü tanıyır. əgər söhbət 1991-ci ildə qəbul olunan Almata bəyannaməsi ilə bağlıdırsa, Ermənistan məhz həmin ildə Azərbaycan sərhədlərini pozdu, 20 faiz torpaqları işğal elədi. Buna görə də sülh müqavilisinin bağlanması üçün Ermənistan tərəfi birinci növbədə öz siyasətini dəqiqləşdirməlidir”.

 

Ermənistanın torpaq iddialarından əl çəkmədiyini deyən ekspert sülh müqaviləsinin uzanacağını göstərən əsas manelərə diqqət çəkib:

 

“Bu günlərdə Ermənistanda müstəqillik aktına uyğun olaraq konstitusiya qəbul olunacaq. Orada Azərbaycana, Türkiyəyə qarş əraz iddiaları yer alır. Özünün işğalçı, separatçı siyasətini dövlət səviyyəsində quran bir dövlətin xoşluqla sülhə gəlməyəcəyi ortada. Düzdür, ümumi irəliləyişlər olsa da, müəyyən məsələlər sülh prosesini uzadır. Ermənistan ərazi iddialarından əl çəkib müəyyən iradə ortaya qoyarsa, sülh müqaviləsi bağlana bilər”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib

İqtisadi tarazlıq nə zaman pozulur?

Hüquqi şəxslərə dair yeni tələb müəyyənləşir

Ögey anadan ŞOK ƏMƏL

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI