Sapı özümüzdən olan "balta"ların Qərb sevgisi

16:22 25-01-2024 | icon 456 | Siyasət
Sapı özümüzdən olan "balta"ların Qərb sevgisi

Ramil Hüseynov: “Bunlar Avropa, Qərb təsisatlarında itib-batan tendensiyalardır”

 

“Makronun sayəsində ardıcıl uğursuzluqlara imza atan Fransanın keçmişi hamıya bəllidir. Almaniyanın sifarişlərini həyata keçirən bir Şuradan nə ədalət, nə demokratik dəyərlərə sədaqət, nə də insan hüquq və azadlıqlarına hörmət gözləmək olmaz”.

 

Bunu Versus.az-a “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov AŞPA-da Azərbaycana qarşı qərəzli təşəbbüslə bağlı açıqlamasında bildirib.

 

Mərkəz rəhbəri dünyanın yalnız beynəlxalq münasibətlər, insan haqları, ədalətli cəmiyyət, bərabərlik, qarşılıqlı hörmət, sivil düşüncə ənənələrinin dərinləşməsi ilə xilas olacağı ideyasını ortaya qoymaqla, istər Avropa, istərsə də Qərb təsisatlarında bu tendensiyaların görünmədiyinə təəssüflə yanaşıb:

 

“Biz dövlətimizin ciddiliyini, xalqımızın ədalət prinsiplərinə sadiqliyini nümayiş etdirib, sözümüzə hörmətin, səmimi xidmətin siyasi mədəniyyətin yüksək səviyyədə dinamik inkişafını öz əməllərimizlə nümayiş etdirdik. Bunu həzm edə bilməyənlər artıq eybəcər formada bizə qarşı yaramazcasına hərəkətə keçiblər və buna sapı özümüzdən olan "balta"lar da onlara haqq qazandırmaq üçün simasız üzlərini nümayiş etdirirlər. Lakin xalqımız həmişə milli məsələlərdə öz prinsipiallığını ortaya qoyub, həmrəyliyini nümayiş etdirib. Bu mərhələdə də yenə müdrik xalqımız Azərbaycana qarşı namərdlik edənlərin tarixi dərsini yerində və layiqincə verəcək”.

 

R.Hüseynov bəyan edib ki, terrorçu və işğalçını uzun illər bəsləyən, dolayısı, bəzən birbaşa ona dəstək verən Avropa Şurası, Qərb dairələri başqa bir ölkənin ərazisinə təcavüz edən, başqa torpaqların hesabına dövlət quran bir ölkənin səsvermə hüququnu əlindən almalıydı:

 

“Amma bu, beynəlxalq mərkəzlərin riyakar təfəkkürü buna imkan vermədi. Avropa qəbul etdiyi qətnamədə qərəz və riyakarlığınızı açıq formada üzə çıxartdı. Guya Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti ilə bağlı “narahatçılığını”, qətnamədə siyasi spekulyasiyanın və Azərbaycana qarşı olan qərəzin bariz nümunəsi kimi ortaya qoydu. 30 il ərzində bizim torpaqlar işğal altında olub, insanlarımız humanitar fəlakətə düçar olub. Amma Avropa, Qərb bu istiqamətdə işğalçıya qarşı ciddi bir addım atmağa cəsarət etməyib. Reallıqlarla barışmaq təklifi verənlər indi reallıqla barışa bilmirsə, bu bizim yox, beynəlxalq mərkəzlərin mənəvi deqeredasiyaya uğramalarının səbəbi, günahıdır”.

 

R.Hüseynov qeyd edib ki, Azərbaycan Avropa Şurasına üzv olarkən beynəlxalq hüququn prinsipləri, bəşəri ədalətin təmin olunması üçün strateji səmimi tərəfdaşlıq gözləntilərimiz özünü doğrultmadı:

 

“Müdrik xalqımızın etimadı, dövlətinə sadiqliyi, həmrəyliyi şanlı ordumuzun şücaəti sayəsində biz BMT-nin qətnaməsinin icrasını həyata keçirtdik. Dünyada qəbul olunmuş beynəlxalq müharibə qanunlarına əsaslanaraq hüquqi normativlərə tam riayət etməklə biz beynəlxalq qurumların görə bilmədiyi, görmək istəmədiyi qərarların icra mexanizmini təmin etdik. Biz heç vaxt kiminsə dövlətimizin qüruru ilə oynamasına rəvac vermərik. Kiminsə xalqımızın hissiyyatına qarşı riyakarlıq göstərilməsinə icazə vermərik”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR