“Ermənilər nə qələt edirsə eləsin...”

12:09 28-02-2019 | icon 713 | Siyasət
“Ermənilər nə qələt edirsə eləsin...”

“Ermənilər nə qələt edirsə eləsin, biz işğal olunmuş ərazilərimizi, o cümlədən Ermənistan ərazisində qalan torpaqlarımızı geri almalıyıq. Biz, bir məsələnin üzərində dayanmalıyıq ki,  Ermənistan Azərbaycan torpaqları əsasında yaranıb, bura gəlmə xalqdır və rusun əlində bir maşadır”.

 

Bunu Versus.Az-a ADP sədri Sərdar Cəlaloğlu Rusiyada ermənilərin Naxçıvan adında monastr açmaları ilə bağlı açıqlamasında deyib.

 

Sərdar Cəlaloğlu: “Rusiyada ermənilərin Naxçıvanın adını öz yaşadıqları əraziyə vermələri təsadüfi deyil”

 ADP sədri Rusiya ərazisində Naxçıvan adına monastırın açılmasını Ermənistan-Rusiya əlaqələrinin beynəlxalq hüquqa zidd olan ittifaqının nəticəsi kimi dəyərləndirib.

 

“Rusiyada yaşayan ermənilərin Azərbaycanın qədim yurdu olan Naxçıvanın adını vaxtilə öz yaşadıqları əraziyə vermələri, indi də həmin adda monastr inşa etmələri təsadüfi deyil. Rusiya türk xalqlarına, türk dövlətinə qarşı, Azərbaycana qarşı həmişə düşmənçilik siyasti aparıb və erməniləri bizə qarşı ərazi iddialarına təşviq edib. Amma başqalarının torpaqlarını nə qədər öz adlarına çıxsalar da, bunu tarixə sübut edə bilməzlər”.

 

S.Cəlaloğlu bildirib ki, ermənilər Rusiyadan Azərbaycana qarşı istifadə etməsəydi, bir saat da olsa Rusiya ilə ittifaqda olmazdılar.  Eləcə də ruslar ermənilərdən Azərbaycana qarşı istifadə eləməsəydi, bu qədər xərc çəkib Ermənistanı saxlamazdılar:

 

“Ermənilər Qafqaz xalqlarına aid deyillər. Onlar 2500 il bundan qabaq Fransadan Aralıq dənizinin cənub sahillərinə, oradan Dəcla və Fərata, daha sonra Türkiyə ərazisindəki Van gölü ətrafına köçürülüblər. Sonradan ruslar onları Qafqaza gətirərək öz maşası kimi istifadə edib. Əgər onlar torpaq axtarırlarsa, Fransa ərazisinə getsinlər. Çünki ermənilərin qan yaddaşı olan Fransa onları çağırır və bu gün də ora üz tutublar”.

 

ADP sədri hesab edir ki, ermənilər Rusiyada açdıqları hər hansı təşkilata Azərbaycanın adlarını verməklə əsas diqqəti Dağlıq Qarabağın işğalından yayındırmaq istəyirlər.

 

 

Əlabbas Məhərrəmli: “Ermənilərin sərsəmliklərinə ciddi reaksiya vermədikcə, belə faktlarla çox üzləşəcəyik”

  Siayasi ekspert Əlabbas Məhərrəmli Versus.Az-a bildirib ki, bir neçə il əvvəl həmin monastrla bağlı ictimai etirazlar olsa da, nəticəsi olmayıb. Bunun da səbəbi məsələyə rəsmi etirazın verilməməsidır. Ekspertin sözlərinə görə, bu cür məsələlərə rəsmi səviyyədə etiraz bildirilmədikcə vəziyyət ziyanımıza inkişaf edir:

 

“Bu işlə Xarici İşlər Nazirliyi və bizim Rusiyadakı səfirlik məşğul olmalı idi. Ancaq nə hərəkət oldu, nə də nəticə. Bir neçə ay əvvəl  Rusiyada “Artsax” adlı bir kompleks də istifadəyə verildi. Yəni cəmiyyətdən etiraz səsləri ucaldılsa da, rəsmi səviyyədə heç nə deyilmədi. Ermənilərin bu cür sərsəmliklərinə ciddi reaksiya verilmədikcə, belə faktlarla çox üzləşəcəyik. Bu işlə Xarici İşlər Nazirliyi və Rusiyadakı səfirliyimiz məşğul olmalıdır. Təəssüf ki, onların da başı daha “ciddi” məsələlərə qarışıb”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili