“Avropa Azərbaycan kimi etibarlı tərəfdaşı itirməkdən qorxmalıdır”

17:12 25-01-2024 | icon 237 | Siyasət
“Avropa Azərbaycan kimi etibarlı tərəfdaşı itirməkdən qorxmalıdır”

Elşad Mirbəşir: "Avropa strukturlarında Azərbaycana qarşı qərəz bizi narahat etmir"

 

“Cənubi Qafqazda münaqişənin olması Avropa ölkələrinə orada öz mövcudluğunu təmin etmək üçün lazımdır. Lakin Azərbaycan münaqişə vəziyyətini aradan qaldırmaqla vəziyyəti tamam dəyişdi. Bu da müxtəlif Avropa platformalarında, eyni zamanda ABŞ-da ölkəmizə qarşı siyasi, diplomatik hücumları intensivləşdirdi. Avropa Şurasında Azərbaycana qarşı sərgilənən bu mövqe Avropanın Azərbaycanın öz torpaqlarını işaldan azad etməsini hələ də qəbul etmədiyini göstərir”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşad Mirbəşir AŞPA-nın Azərbaycanın səsini dondurmaq təşəbbüsü ilə bağlı açıqlamasında bildirib.

 

Deputat AŞPA çərçivəsində Azərbaycana qarşı obyektiv mövqenin sərgilənmədiyini, təcavüzkar, işğalçı Ermənistanın dəstəklənməsi cəhdlərinin hər zaman müşahidə olunduğunu qeyd edib:



“Bu gün Avropanın müxtəlif platformalarında xüsusilə də Fransanın və ona bənzər dövlətlərin təşəbbüsləri ilə Azərbaycana qarşı davamlı siyasi hücumlar edilir. Başlıca məqsəd Cənubi Qafqazda gərginlik elementlərinin yaradılmasından ibarətdir. Bunun üçün Ermənistan bir alət kimi istifadə olunmaqdadır. Bunun özü region üçün çox ciddi təhükələr yarada bilər. Çünki Ermənsatanın Avropanın, ABŞ qarşısında göstərdiyi “xidmətlərin” qarşılığında olduqca qərəzli iddialarla dəstək nümayiş olunacaq. Hansı ki, biz bunu görməkdəyik”.

 

E.Mirbəşir bildirib ki, əslində Azərbaycanın öz ərazilərində antiterror əməliyyatları həyata keçirməsi Avropa tərəfindən alqışlanmalı olduğu halda, bunun əksini görürük:

 

"Avropa özü daim separatizmdən əziyyət çəkir və bu, dünaya üçün təhdid yaratmaqdadır. Bütün bunlara baxmayaraq öz ərazilərində antiterror tədbirləri keçirdərək, separatizmi aradan qaldıran Azərbaycana qarşı siyasi hücumların genişləndiyini görməkdəyik. Bu, həm də onun göstəricisidir ki, nə Avropa, nə də ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində obyektiv vasitəçilik göstərə bilməzlər. Çünki bu istəkdə olmadıqları bizim üçün yenilik deyil. Keçmiş münaqişə vəziyyətinin mövcudluğu dövründə də biz nə Avropa platformaları, nə də ABŞ tərəfindən məsələyə obyektiv yanaşıldığını görmədik”.

 

E.Mirbəşir hesab edir ki, Avropa İttifaqının Azərbaycandan enerji asılılığı var və bunu dərk edərək müəyyən qədər sərhədli davranmaqdadır. Onun fikrincə, bu asılılığı olmasa Azərbaycana qarşı daha aşkar qərəz sərgiləyər. Onun sözlərinə görə, bütün bunlarla yanaşı qeyd edib ki, əgər AŞPA Azərbaycan səsinin dondurulması təşəbbüsünü dəstəkləyərsə, bu mahiyyət etibarilə ölkəmizə heç bir mənfi təsir göstərməyəcək. Və bu, sadəcə olaraq gələcəkdə Avropa strukturlarının Ermənistanı alət kimi istifadəsinə daha geniş zəmin yarada bilər:

 

“AŞPA-nın qərəzli mövqeyi bizi öz yolumuzdan çevirə bilməz. Biz maraqlarımızı müdafiə edəcəyik. Azərbayacanla əməkdaşlıq Avropa subyektlərinin xeyrindədir. Bizimlə əməkdaşlıqdan imtina edilərsə, bizə qarşı qərəzli mövqe tutulacaqsa, bu gücümüzü imkanlarımızı azaltmır. Avropa Azərbaycan kimi etibarlı tərəfdaşı itirmıkdən qorxmalıdır. Avropa strukturlarında Azərbaycana qarşı qərəz bizi narahat etmir. Bizimlə səmimi tərəfdaş olan, haqlı mövqelərimizə hörmətlə yanaşan beynəlxalq platformalar mövcuddur”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR