Ekspertlər AŞPA-nın Azərbaycanla bağlı təşəbbüsünü PİSLƏDİ

17:58 25-01-2024 | icon 211 | Siyasət
Ekspertlər AŞPA-nın Azərbaycanla bağlı təşəbbüsünü PİSLƏDİ

Qərbin, Avropanın islamafob, türkəfov və neokolonial təfəkkürlü nümayəndələrinin Azərbaycana qarşı qərəzli cəhdləri davam edir. Azərbaycan ərazilərinin işğalı dövründə özünün ikilistandartlı tövsiyyələri ilə separatçı Ermənistan müdafiə edən AŞPA nın bu gün Azərbaycanı yanlış iddiarla qınaması, arzuolunmaz faktor kimi yenidən ortaya çıxır. Bu mənada Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın səsini dondurmaq təşəbbüsü ilə çıxış etməsi “insan hüquqları, haqqın müdafiəsi” pərdəsi arxasında gizlənən bu platformanın əsl mahiyyətini ortaya qoydu.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən siyasi ekspertlər məsələyə birmənalı yanaşmayıb.

 

“Azərbaycan Qarabağ məsələsini həll edəndən sonra Avropa üstümüzə gəlir”

 

Politoloq Elxan Şahinoğlu açıqlamasında Avropa Şurası ilə Azərbaycanın 23 illik əməkdaşlıq tarixinə diqqət çəkb.

 

Bildrib ki, vaxtilə AŞPA Qarabağın, torpaqlarımızın işğalı ilə bağlı qətnamələr qəbul etsə də, bunların heç biri yerinə yetirilməyib:

 

“Azərbaycan Qarabağ məsələsini həll edəndən sonra Avropa üstümüzə gəlir, bizi ittiham etməyə çalışır. Azərbaycanın səsvermə hüququndan məhrum edilməsi məsələsi var və buna adekvat olaraq Azərbaycan tərəfindən də Avropa Şurasını tərk etməklə bağlı bəzi fikirlər səslənir”.

 

Politoloq hesab edir ki, Beynəlxalq institutlarda olmaq özümüzü ifadə etmək, haqqımızı tələb etmək baxımından əlverişli məkandır:

 

"Əgər Avropa Şurasından çıxsaq, meydanı Ermənistana vermis olacağıq. Öz sözümüzü demək üçün o cür platformalarda təmsil olunmaq lazımdır. Eyni zamanda Avropa Şurası platformasında Azərbaycana qarşı qərəzli çıxışlara yol verilə bilməz".

 

“Azərbaycanla Avropa Şurası arasında əlaqələrin kəsilməsini düşünmürəm”

 

Politoloq Natiq Cəfərli qeyd edib ki, Avropa Şurasında, Avropa Birliyinin bəzi ölkələrində Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv münasibət var.

 

Politoloq qeyd edib ki, bu gün bütün dünya, Avropa Ukraynanın ərazi bütövlüyünün təmin olunmasına kömək edir:

 

"Lakin Azərbaycana qarşı münasibət fərqlidir. Əgər Azərbaycan özü-öz ərazisini bərpa elədisə buna sevinməli, sülhün bərqərar olunması üçün çalışmalı idilər. Lakin məhz bu məsələdə Azərbaycana qarşı haqsız mövqe var”.

 

Politoloq hesab edir ki, Azərbaycan özü daxildə bəzi problemli məsələlərin geniş əks-səda doğurmamasına çalışmalıdır ki, Avropa institutlarının əlinə bəhanə verməsin:

 

“Azərbaycanla Avropa Şurası arasında əlaqələrin kəsilməsini düşünmürəm. Müəyyən problemlər yaşanacaq amma sıfıra enməsi ilə nəticələnməyəcək”.

 

“AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə əlaqəsi yoxdur”

 

Politoloq Turan Rzayev bildirib ki, Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir.

 

"Bu, Azərbaycana qarşı atılan ilk belə addım deyil, böyük ehtimalla son da olmayacaq. Çünki sözügedən qurum müxtəlif ölkələrin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkofob təfəkkürlü nümayəndələrinin düşərgəsinə çevrilib”.

 

Politoloq qeyd edib ki, almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəklənib, qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib. Bu gün keçirilən iclaslarda Azərbaycan nümayəndə heyəti iştirak edib, lakin onların səsvermə hüququ məhdudlaşdırılıb. Əsas səbəb kimi isə Azərbaycan tərəfinin 2023-cü ildə Laçın dəhlizinə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə, eyni zamanda, azərbaycanlı “siyasi məhbuslar”la görüşə icazə verməməsi göstərilib. Monitorinq Komitəsi 24 saat ərzində qərar verməlidir:

 

“Sosial Demokrat Partiyası üzvü olan və Kansler Olaf Şoltsa yaxınlığı ilə bilinən F.Şvaben Cənubi Qafqazla xüsusi maraqlanır. Bir çox AŞPA nümayəndəsi kimi F.Şvabenin də erməni lobbisi və diasporu ilə yaxın əlaqələri var. Digər diqqətçəkən məqam isə onun neonasist Pegida hərəkatının üzvləri ilə münasibətinin olmasıdır. Bütün bunları ümumiləşdirdikdə F.Şvabenin də islamofob, türkofob olduğu üzə çıxır. Təbii ki, F.Şvaben faktoru həm də başqa bir məsələni gündəmə gətirir: söhbət Fransa və Almaniyanın tandem şəklində çıxış etməsindən gedir. Aydın məsələdir ki, Fransa bir çox hallarda öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Son zamanlar rəsmi Paris Bakı qarşısında ardıcıl məğlubiyyətlər alır, Almaniya ilə birlikdə AŞPA-da belə bir cavab addımı hazırlaya bilər. Yəni Fransa Almaniyanı qabağa verib, AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır”.

 

Politoloq bildirib ki, AŞPA-nın sərgilədiyi mövqe Bakı üçün yad deyil:

 

“Rəsmi Bakı AŞPA-ya üzv olduğu 2001-ci ildən bəri bu təşkilatdan ancaq ermənipərəst, islamofob münasibət görüb. Təşkilat bu günə qədər Ermənistanın Azərbaycana təcavüzü və ərazilərin işğalı faktına qarşı ara-sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar, qərarlar verməkdən başqa heç nə etməyib. Halbuki AŞPA-ya üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Nəticə etibarilə AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə əlaqəsi yoxdur. Bu, öz suverenliyi və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir”.

 

T.Rzayev hesab edir ki, AŞPA qərar verəcəyi təqdirdə rəsmi Bakı səssiz qalmamalıdır:

 

“Azərbaycanın təşkilata etirazı nümayəndə heyətimizin qurumda fəaliyyətinin dayandırması ilə nəticələnə bilər. Bu gün Azərbaycanın AŞPA-ya ehtiyacı yoxdur. Məsələ ondadır ki, rəsmi Bakı vaxtilə Qarabağ probleminin həllinə görə AŞPA-ya üzv olmuşdu. Artıq bu problem həll olunub. Yəni Azərbaycanın bu gün AŞPA-da olmasında heç bir zərurət yoxdur”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122