Hansı təşkilatlar "exit-poll" keçirəcək?

16:46 26-01-2024 | icon 265 | Siyasət
Hansı təşkilatlar "exit-poll" keçirəcək?

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar 3 təşkilatın müraciətinə baxılıb.

 

Versus.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

 

“Növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi MMC sənədlərini MSK-ya təqdim edib. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "exit-poll"u ABŞ-ın “ORACLE ADVSIORY GROUP” təşkilatı ilə birgə keçirmək niyyətindədir. Məsələ səsverməyə çıxarılaraq sözügedən təşkilatların akkreditasiyaya alınması barədə qərar qəbul edilib. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “OREACLE ADVSIORY GROUP” təşkilatı ilə birgə 40 seçki dairəsində 500 seçki məntəqəsində, Rəy Monitorinq Mərkəzi 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində, "Sosioloji Tədqiqatlar Mərkəzi" MMC 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində “exit-poll” keçirməyi planlaşdırır”, - deyə o bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR