Yeni dinozavr növünün QALIQLARI

13:15 27-01-2024 | icon 322 | Maraqlı
Yeni dinozavr növünün QALIQLARI

Argentinada aparılan qazıntılar zamanı aşkar edilən yeni tip otyeyən dinozavrın qalıqları nümayiş olunub.

 

Mediada bununla bağlı kadrlar paylaşılıb.

 

 

Qeyd edək ki, yanvarın ilk günlərində Pataqoniyada 93-96 milyon il əvvəl Cənubi Amerikada yaşamış uzun boyunlu və ördək dimdikli yeni otyeyən dinozavr növü aşkar edilib.

 

Alimlərin sözlərinə görə, “Sidersaura marae” adlandıran yeni dinozavr dördayaqlı və uzun quyruqlu olub.

 

Qeyd olunub ki, əslində “Rebbachisauridae” ailəsinin nümayəndələri böyük ölçüdə olmayıb, ancaq “Sidersaura marae” onların arasında ən böyüyüdür. Nəhəng heyvanın çəkisi təxminən 15 tona, uzunluğu isə 20 m-ə çatıb.

 

 

Yeni növ öz adını kəşf edilmiş quyruq sümüklərinin ulduzvari formasından alıb - “Sider” latınca ulduz deməkdir. “Sidersaura marae”nin ilk qalıqları 2012-ci ildə aşkar edilib, bundan sonra ərazidə beşillik kampaniya keçirilib.

 

Neuken əyalətində aparılan işlər zamanı yeni növün fosilləri ilə yanaşı, nəhəng yırtıcı “Meraxes gigas”ın qalıqları da aşkar edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122