“3391 Kilometr” - Filmin Qala gecəsi

13:03 27-01-2024 | icon 424 | Şou-biznes
“3391 Kilometr” - Filmin Qala gecəsi

“Deniz Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında Türkiyə istehsalı olan “3391 Kilometr” filminin Qala gecəsi keçirilib.

 

Versus.Az xəbər verir ki, film sosial şəbəkə vasitəsilə tanış olan iki gəncin sevgi hekayəsindən bəhs edir.

Bir-birindən bir neçə kilometr məsafədə olsalar da, onlar arasında güclü cazibə yaranır.

 

Film boyunca tamaşaçılar bir-birindən 3391 kilometr məsafədə yerləşən Fransa və Türkiyədə yaşayan gənclər arasındakı sevgi macərasının şahidi olublar.

 

“3391 kilometr” kitabının müəllifi Beyza Alkoç, filmin yaradıcı prodüseri və rejissoru Deniz EnYüksek, baş rol ifaçıları Derya Pınar Ak və Ahmet Haktan Zavlak filmlə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşüblər.

 

Beyza Alkoç həm “3391 kilometr” kitabı, həm də film haqqında şərhlərin çox müsbət olduğunu bildirərək deyib: “Bu, bizim üçün çox emosional bir prosesdir, çünki kitabı yazarkən onu çox sevdim. Kitabda oxucunun yaşadığı hissləri filmdə çatdırmaq üçün çox çalışdıq. Ssenari üzərində çox uzun müddət işlədik, görüşlər keçirdik”.

 

Beyza Alkoç hekayəni yazarkən 16 yaşı olduğunu və bunun kitaba çevriləcəyini ağlına belə gətirmədiyini qeyd edib. “Sadəcə hekayə kimi yazırdım, mənim üçün hobbi kimi başladı. Sonra kitab oldu, indi isə filmə çevrildi. Baş rol ifaçılarının hər bir detalı belə gözəl əks etdirmələri mənim üçün çox xoşdur”, – deyə o əlavə edib.

 

 

Deniz EnYüksek isə qeyd edib ki, filmi Parisdə çəkmək mümkün olmasaydı, Avropada başqa alternativlər tapılmışdı. “Əslində, Azərbaycanda də çəkə bilərdik. Ümid edirəm ki, Bakıda da çəkə biləcəyimiz filmlər olar. Filmin çox müsbət enerjili izləyici kütləsi var. Şərhlərin demək olar hamısı oxucuların kitabı sevdikləri qədər, filmi də xoşlamaları ilə bağlı idi. Biz tezliklə ikinci filmin hazırlıqlarına başlamaq fikrindəyik. Avropadan da çoxlu təkliflər var, danışıqlar aparılır. Bunu dəyərləndirəcəyik”, – deyə o vurğulayıb.

 

Baş rolun ifaçısı Derya Pınar Ak bildirib ki, filmin çəkilişləri beş həftəyə tamamlanıb. “Çox əyləncəli idi. Həm səyahət etdik, həm əyləndik, həm də həftələrlə səhərdən axşamadək işlədik”, – deyə o qeyd edib.

 

Digər baş rolun ifaçısı Ahmet Haktan Zavlak diqqətə çatdırıb ki, çəkiliş prosesində arzuladığı hər şeyi görmək çox gözəl və maraqlı bir proses olub.

 

Ayəndə Dadaşova
versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR