Zamiqə görə Mərdəkanda izdiham olub

12:42 31-01-2024 | icon 422 | Şou-biznes
Zamiqə görə Mərdəkanda izdiham olub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında "Qonağımız var" layihəsi çərçivəsində tanınmış müğənni Zamiq Hüseynovla görüş təşkil edilib.

 

Versus.Az xəbər verir ki, ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib sonra aparıcı tədbiri açıq elan edib.

 

Əhali estrada ulduzunu izdihamla qarşılayıb. Həyat və fəaliyyətindən, 8 yaşından sonra çətin başlayan keşməkeşli sənət yolundan və əldə etdiyi uğurlarından söhbət açan Zamiq, uğurun əsl sirrini çəkdiyi əziyyətə bağlayıb. Pop ulduz tamaşaçılarının ona ünvanladığı maraqlı sualları da çox səmimi cavablayıb.

 

Sevənləri Zamiqdən 183 nömrəli məktəbin məzun günündə çıxış etməsini, həmçinin çox sevilən "Kaman" nəğməsini onlar üçün canlı ifa etməsini istəyib. Sənət kumirləri soruşulan Hüseynov, həmçinin hər verilişə qatılmadığını, bundan əlavə övladını vətənpərvər ruhda, milli dəyərlər aşılayaraq böyütdüyünü də dilə gətirib. Sənətçi, bir müddət sirr saxlasa da, nəhayət ki, xalq artisti Zülfiyyə Xanbabayeva ilə tezliklə yeni duet və kliplərini təqdim edəcəyini də açıqlayıb.

 

Müğənni "Mən səni sevirəm”, "Əvəzsizim, “Var ol”, "İfadə", “Kaman” kimi sevilən mahnılarını səsləndirib.
Sonda görüş “Səma” rəqs kollektivinin müşayiəti ilə Zamiqin ifasında “Azərbaycan” mahnısı ilə yekunlaşıb.

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq