“II Beynəlxalq Rəsulzadə qiraətləri” - Muzeydə beynəlxalq konfrans

21:01 01-02-2024 | icon 327 | Mədəniyyət
“II Beynəlxalq Rəsulzadə qiraətləri” - Muzeydə beynəlxalq konfrans

Azərbaycan ictimai-siyasi və dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən tədbirlər planı çərçivəsində 31 yanvar -1 fevral 2024-cü il tarixlərində Milli Azərbaycan Tarixi Muzeyində M.Ə.Rəsulzadənin 140 illiyinə həsr olunmuş “II Beynəlxalq Rəsulzadə Qiraətləri” adlı konfrans keçirilib.

 
 

Versus.Az xəbər verir ki, Konfrans Milli Azərbaycan Tarixi Muzeyi, Məhəmməd Əmin Rəsulzadə ev-muzeyi ictimai qrupu, Xəzər Universiteti, Varşava Universiteti Ankara Universiteti və ANS Şirkətləri Qrupunun təşkilatçılığı ilə baş tutub.

 

Konfransda Azərbaycan, Türkiyə, İsveç, İran, Polşa, Tatarıstan, Fransa, ABŞ, Almaniya, Ukraynadan alimlər, ictimaiyyət nümayəndələri, KİV nümayəndələri, muzey əməkdaşları iştirak ediblər.

 

Muzeydə iki gün davam edən konfransda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov, professor Solmaz Rüstəmova-Tohidi və digər tədqiqatçı alimlər Azərbaycan Xalq Cümhuriyyəti tarixinin önəmindən, M.Ə.Rəsulzadənin fəaliyyətindən bəhs ediblər. Çıxışlarda M.Ə.Rəsulzadənin çoxşaxəli irsinin tədqiqinin və öyrənilməsinin davam etdirilməsi üçün belə konfransların keçirilməsinin zəruriliyi vurğulanıb.

 

Daha sonra konfrans təşkilatçıları tərəfindən M.Ə.Rəsulzadənin 1949-cu il 1 fevral tarixində Ankarada yaratdığı Azərbaycan Kültür Dərnəyinin 75-illiyi barədə ətraflı məlumat verilib.

 

Konfransın yekununda təşkilatçılar tərəfindən M.Ə.Rəsulzadə irsinin araşdırmaçılarına təşəkkür edilib və xatirə fotoları çəkilib.

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq