“Avropa dünyaya yeni kolonyalar gətirmək istəyir və…”

13:00 02-02-2024 | icon 244 | Siyasət
“Avropa dünyaya yeni kolonyalar gətirmək istəyir və…”

Məlahət Həsənova: “Monitorinq istəyirlərsə, Xocalıya ayaq bassınlar”

 

Demokratiyanı öz maraqları naminə biznesə çevirən beynəlxalq güclərin saxta üsullarla kiçik ölkələri öz təsirində saxlamaq cəhdləri formasını dəyişməklə yenilənib. Bu üzdən region beynəlxalq güclərin təkəbbürü, oyunları ilə yenidən çalxalanır. Uzun illər ədalətinə güvəndiyimiz, lakin hər fürsətdə ölkəmizi hədəfə alan beynəlxalq Avropa təsisatlarının qərəzli yanaşmaları yeni reallığa uyuşmayan fərqli yanaşmaları ortaya qoyur. AŞPA-dan Azərbaycana qarşı yönələn qərəz, ikilistandartlı münasibətlər hansı reallığı ortaya qoyur.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Milli Məclisin deputatı Məlahət Həsənova bir sıra mühüm faktlara diqqət çəkib.

 

- AŞPA-nın “insan haqları”, “seçkilərə AŞPA-nın dəvət olunmaması” və sair “yerinə yetirmədiyi” bəhanələr iddiası ilə Azərbaycana qarşı məlum ittihamları və iddiaları hansı mətləbləri ortaya qoyur?

 

- Bu gün Avropa Şurası, Avropa Parlamenti, ATƏT, AŞPA və digər beynəlxalq təsisatlarda insan hüquqları, demokratik dəyərlər, söz, vicdan azadlığı, sərbəst toplaşma, seçki azadlıqları və sair məsələlər müstəmləkəçi idarəçiliyin başqa bir forması kimi istifadə olunur. II dünya müharibəsindən sonra dünyada kolonolializm dağıldı. Artıq tarix boyu xalqlara zülm etmiş, onların təbii resurslarını, sərvətini sorub aparmış Fransa kimi ölkələr köhnə kolonial sistemin dağıldığını görüb xalqlara necə təsir etmək, xalqları öz maraqları üçün özlərinə necə tabe etdirmək üçün bu cür beynəlxalq təşkilatlar yaratdılar. Bu qurumlar "demokratik dəyərlər", "insan haqları", “sərbəst toplaşmaq hüququ” və sair qulağa yaxşı gələn sözlərdən istifadə edərək müstəmləkədə saxladığı ölkələrə təzyiq etməyə başladılar. BMT özü də bu sırada dayanır. Çünki 30 il müddətində BMT Təhlükəszilik Şurasında qəbul edilən 4 qətnamə toz basmış qovluqlarda masaların künclərində qalmışdı. Bu qurumlar özlərinin qəbul etdikləri qətnamələrin icrası ilə maraqlanmırdılar.

 

- AŞPA kimi beynəlxalq təsisat Azərbaycana qarşı belə iddialarla çıxış edərkən nə dərəcədə ədalətli və reallığı əks etdirən təcrübədən çıxış edir?

 

- Azərbaycan 1991-ci ilə qədər SSRİ-nin tərkibində idi, ona görə də ölkəmizə birbaşa təsir etmək imkanları sıfır idi.  Azərbaycan müstəqilliyə qovuşandan sonra həmin təşkilatlarla əməkdaşlığımiz o qurumların ikilistandartlı mövqeyini bir daha biruzə çıxartdı. Azərbaycan müstəqilliyini qazandıqdan sonra bütün dünyaya bəyan etdi ki, demokratik inkişaf yolunu seçib. 1995-ci ildə ulu öndərin rəhbərliyi ilə qəbul olan konstitusiyamızda da bütün demokratik prinsiplər, insan hüquq və azadlıqları, sərbəst toplaşma, vicdan azadlığı məsələləri öz əksini tapdı. Beynəlxalq əməkdaşlıq ulu öndərin hakimiyyətə gəlişindən sonra daha uğurlu şəkildə quruldu. Azərbaycan 2001-ci ildə AŞPA ilə üzvlüyə qəbul olundu. Müstəqilliyi qazanmaq Azərbaycan üçün çox da asan olmadı. Torpaqlarımızın 20 faizi erməni qəsbkarları tərəfindən işğal edildi, azərbaycanlılar öz yurdunda qaçqın, məcburi köçkün halına salındı. Azərbaycana qarşı Xocalı soyqırımı kimi cinayətlər törədildi. Biz o zaman da xalq, dövlət olaraq beynəlxalq təşkilatlarla əməkdaşlığa çox böyük əhənmiyyət verirdik. Fikirləşirdik ki, Azərbaycanın haqq işi, Qarabağ problemi ədalətli həllini tapacaq, erməni işğalına son qoymaq üçün həmin təşkilatlardan dəstək ala biləcəyik. Çox təəssüf ki, elə ilk günlərdən digər beynəlxalq təşkilatlar kimi AŞPA-da Azərbaycan xalqını narahat edən problemlərdən yayınmaq məqsədi ilə "insan haqları”, “demokratik dəyərlər", “söz azadlığı” mövzusun ortaya atmaqla, müxtəlif bəhanələrlə üzərimizə hücuma keçməyə başladılar. Hansı ki, bu məsələlər 1995-ci ildə qəbul olunan Azərbaycan konstitusiyasında yer almışdı və bunu müstəqillik qazandıqdan sonra dünyaya da bəyan eləmişik. Azərbaycan bu təşkilata üzv olduqdan ta bu ilə qədər AŞPA-da Ermənistana qarşı hər hansı təzyiq, təsir vasitəsindən istifadə edilmədi, işğalçıya qarşı “işğalçı” sözü belə işlədilmədi, ona “dur” deyilmədi. Əksinə, işğalçı ilə işğala məruz qalanı bərabərləşdirdilər. Bir dəfə də olsun Azərbaycan torpaqlarının işğalı, milyonlarla insanın haqqının pozulması, maddi-mədəni irsinin dağıdılması məsələsi AŞPA-da gündəliyə salınıb qətnamələrin yerinə yetirilməsi ilə bağlı tələb qoyulmadı. Bir dəfə də olsun Xocalı soyqırımı ilə bağlı dinləmə olmadı, gündəliyə salınmadı. Xocalı soyqırımı 20-yə yaxın ölkə tərəfindən insanlığa qarşı cinayət kimi qəbul olunmuşdu. Amma AŞPA Qarabağın işğalı ilə bağlı Azərbaycanı Ermənistanla bərabərləşdirir, az qala bizi öz torpaqlarımızı azad etmək istədiyimzə görə qınayırdılar. Bu məsələ nümayəndələrimiz tərəfindən AŞPA-da qaldırılanda, deyirdilər ki, bunun üçün ATƏT, Minsk Qrupu, həmsdər dövlətlər, BMT TŞ-nın qətnamələri var. ATƏT-in həmsədrləri isə bir turizm agentliyinin nümyəndələri kimi bölgəyə gəlir, yeyib -içib gedirdilər. Bir dəfə də olsun demədilər ki, Azərbaycanın işğal olunmuş ərazilərində, Ermənistanda olan milli irsimiz darmadağın olunub. Bir dəfə demirdilər ki, Qarabağa, işğal altında olan torpaqlara faktaraşdırıcı missiya göndərilsin. Möhtərəm prezidentimiz 44 günlük müharibədə və sonra bunun cavabını və ATƏT-in Minsk Qrupunun qiymətini çox yüksək səviyyədə, gözəl şəkildə verdi.

 

- Azərbaycan torpaqları işğaldan azad olunandan sonra Avropa, Qərbin beynəlxalq hüquq carçıları hansı mövqe sərgiləyir?

 

- 44 günlük vətən müharibəsində Azərbaycan torpaqlarını işğaldan azad edərək beynəlxalq hüququ, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa edən ölkəmizə qarşı AŞPA -dan və ermənipərəst  ölkələrdən gələn aqressiya daha da çoxaldı. Bu qərəzin son zirvəsi AŞPA-da Azərbaycana qarşı qərəzli münasibət oldu. Hər dəfə də insan hüquq və azadlıqları məsələsini bəhanə gətirib Azərbaycana basqı etmək istəyirlər. Bu gün həmin o Avropa özü boğulur. Paris, Belçika, Almaniyada kənd təsərrüfatı işçiləri biabırçı, rüsvayçı mitinqlər keçirirlər. Bu Avropa dövlətlərinin öz xalqına olan münasibətinin əks göstəricisidir. Uzun illərdir Fransada mitinqlərdə polis döyülür, döyür, insanlara qarşı təzyiqlər, şiddət göstərilir. Mitinqlərdə onlarla insan xəsarət alaraq xəstaxanalara yerləşdirilirlər. Fransa milli azlıqlarla bağlı, dini dəyərlərlə bağlı konvensiyanı ratifikasiya eləməyib. İrqi ayr-seçkiliyin həddi-hüdudu, islama qarşı tolerantlıq yoxdur. Eləcə də Almaniyada, Niderlandda islam dininə qarşı cinayətlər var. Bu da insan haqlarının pozulmasıdır. Amma kimsə buna etiraz edəndə üzərindən "söz azadlığı" deyib keçirlər. Əgər söz azadlığı, insan haqqı sizin üçün mühümdürsə, o zaman bunu islam dinindən olan insanlara niyə şamil etmirsiz. Xiristian dinindən olan insanlara qarşı belə hallar olanda isə “cinayətdir” deyib şəxsləri məsuliyyətə cəlb edirsiz. Avropada müsəlman əhalisinin sayı getdikcə xiristian əhalisinin səviyyəsinə gəlib çatıb.  Necə olur ki, siz xristian dinində olan insanların hüquqlarının müdafiəsi ilə bağlı qanuna maddə salırsız, amma islam dini ilə bağlı yox. Belə demokratik dəyər olmaz. Belə ölkələrin insan haqları, demokratik dəyərlərdən danışmağa haqqı yoxdur.

 

- AŞPA ötən ildən Laçın yoluna, ümumilikdə Qarabağa monitorinq göndərmək cəhdlərinin alınmaması, “Qarabağ ermənilərinin blokadası və ərazini tərk etməsi”ndən narahatlıq ifadə edir, bu məsələ öz həllini necə tapa bilər?

 

- Ermənistan, Fransa və digər ermənipərəst qurumlar ötən il ekofəalların mitinqləri zamanı hay-həşir saldılar ki, guya Xankəndidə olan ermənilər blokadada qalıb, acından ölürlər. Bu, təbii ki, əsassız, yalan, iftira idi. Azərbaycan mülki erməniləri blokadada saxlayıb öldürmək istəsəydi, bunu elə 44 günük müharibədə edərdi. Hətta hərbi əməliyyatlar zamanı Azərbaycan bir mülki insana, bir dənə mülki obyektə belə zərər vermədi. Azərbaycanın Qızıl Aypara Cəmiyyəti tırlara yüklənmiş ərzaqları Xankəndidə qalan mülki ermənilərə göndırdi. O zaman ermənilər və havadarları hikkələrindən nə etdiklərini bilmirdilər. Xristian həmrəliyi, ermənipərəst mövqeyi ilə seçilən Makrondan da “humanitar dəstək” göndərildi. Amma onlar bu yardımların Ermənistan ərazisindən Laçına, oradan Xankəndinə keçmsinə şərait yaradılmasını tələb edirdilər. Çünki artıq aprelin 23-də Laçın karidoru bağlanmış, sərhəddə buraxılış məntəqəsi qurulmuşdu və Azərbaycan bütün ərazilərinə özü nəzarət edirdi. Azərbaycan hökuməti deyirdi ki, kim erməni vətəndaşlarımıza yardım etmək istəyirsə buyurub gəlsin Azərbaycana, Ağdam-Xankəndi yolundan istifadə etsin. Amma bununla razılaşmadılar. Sən əgər Azərbaycanın ərazi bütövlüyünü tanıyırsansa onun sərhədlərini pozaraq ərazisinə daxil ola bilməzsən. Sərhəd toxunulmazdır. Onlar bunu etmədilər. Və Azərbaycan da haqlı olaraq özünün sərhəd toxunulmazlığını, haqqını qorudu.  Azərbaycan dövləti həyata  keçirdiyi bütün işləri beynəlxalq hüquq çərçivəsində etdi. Ona görə də bu gün “Laçın karidoru”, sərhəd məsələsini əllərində bayraq edirlər. Hikkələri var, su içsinlər. Bütün bu yersiz iddialar deməyə əsas verir ki, Avropa dünyaya yeni kolonyaları gətirmək istəyir, hu da mümkünsüzdür. Bu mənada Azərbaycan ictimaiyyəti, seçicilərim, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası beynəlxalq təşkilatların bu qərəzli, ermənipərəst münasibətini pisləyir. Əgər iddia etdikləri kimi montorinq keçirmək istəyirlərsə Qarabağda dağıdılmış qəbiristanlıqların, abidələrin, indiki Ermənistanda olan Qərbi Azərbaycanın mədəni mirasıın monitorinqini aparsınlar. Monitorinq istəyirlərsə, Xocalıya ayaq bassınlar.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM