Murad Arif konserti: “"HITMAKER" mənəm”

15:20 02-02-2024 | icon 451 | Şou-biznes
Murad Arif konserti: “"HITMAKER" mənəm”

Azərbaycanda hit mahnıların bəstəkarı və ifaçısı Murad Arif Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.

 

Versus.Az xəbər verir ki, Murad Arifin mətbuat katibinin yaydığı məlumata görə, gecədə Murad Arif hit mahnıları, sevilən duetlərini ifa edərək yeni bir şouya imza atacaq.

 

Yeni konserti haqqında detalları sirr saxlayan müğənni qısa açıqlama etdi:

 

"1 ilə yaxındır ki, ilk konsertimin eyforiyasındayam. Səhnəyə hakim olan, səhnəni sevən, səhnə üçün yaradılmış biri olduğumu anlayaraq, ölkənin ən əsas səhnəsində, Sarayda ikinci konsertimə start edirəm! Həyəcanlıyam... Həyəcandan da çox, səbrsizlənirəm! Zalın mənimlə əzbər oxumasına, zalın işıqlarına və alqışlara "acam"! Bu dəfə daha inamlı, daha sərbəst və böyük enerji ilə gəlirəm! Konsertin adını hər kəsin dilində olan xitabla əlaqələndirdim. Mətbuatın, medianın dilindən də bəllidir ki, "HITMAKER" mənəm. Bunu bir daha sübut edəcəm!"

 

Qeyd edək ki, Heydər Əliyev Sarayında Murad Arifin ilk konserti ötən ilin mayında baş tutub. Muradın "SOLO" adlandırdığı həmin konsert 2023-cü ilin ən gözəl konsertlərindən olaraq, anşlaq və böyük maraqla qarşılanıb. Həmin gecədə Muradın duetləri və hitləri bütün zalı coşquya salıb.

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR