“AŞPA elədiyi qələti qısa zaman ərzində ləğv etməlidir”

16:00 02-02-2024 | icon 263 | Siyasət
“AŞPA elədiyi qələti qısa zaman ərzində ləğv etməlidir”

Natiq Miri: "Azərbaycanın etimadnaməs təsdiq edilib özünə qaytarılmalıdır"

 

“Bu gün bütün “doğanaqlar” Azərbaycandan keçir. AŞPA elədiyi qələti qısa zaman ərzində ləğv edərək Azərbaycanın etimadnaməsni təsdiq edib özünə qaytarmalıdır. Bu yöndə üzürxahlıq etsələr daha yaxşı olardı. Çünki bununla bir sifarişli qərar olduğunu və Azərbaycanı təzyiqlərlə dizə gətirilməyəcək bir ölkə olduğunu anlayarlar”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Natiq Miri Azərbaycan Prezidentinin Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən - "AŞPA-da Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa edilməlidir”, “Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq” bəyanının prosesi hansı xətt üzrə aparacağı ilə bağlı açıqlamasında bildirib.

 

N.Miri bildirib ki, Avropa Şurasından Azərbaycana qarşı yönələn son addım hüquqi, ədalətli deyildi. O, qeyd edib ki, bu gün Ukrayna-Rusiya, Yaxın Şərqdə gedən müharibələr və digər qlobal təhlükəli çağırışlar fonunda Avropa Birliyi üçün Orta Dəhlizin əhəmiyyəti artıb:

 

"Avropa Birliyi, Avropa Yenidənqurma Bankı və Orta Asiyada türk cumhuriyyətlərindən keçən dövlətlərlə konkret sazişlər bağlanıb. Və Avropa Yenidənqurna Bankı və Avropa Birliyi yeni kommunikasiya sisteminə milyardlarla vəsait ayırmağa hazır olduğunu bəyan ediblər. Bu, yenidən Şərqlə Qərbi birləşdirən Azərbaycanın əhəmiyyətini ortaya qoyur. Ona görə də düşünməli olan bir tərəf varsa bu, Avropa Birliyidir. Tərəzinin br gözündə Avropanın gələcəyi, ticari, iqtisadi, və geoiqtisadi maraqları, digər bir gözündə cılız erməni maraqları və kriminal erməni lobbisinin maraqları durur. Tərəzinin hansı gözü ağır olacaqsa və bu, Avropa məkanının təhlükəszilik məsələsinin qırmızı xəttini basacaqsa sualın cavabı bəllidir. Ağırlıq Azərbaycan tərəfinə verləcək. Çünki indiki vəziyyətdə bunun alternativi mümükün deyil”.

 

TAHİRƏ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM