"Paşinyanın bu açıqlaması əhəmiyyətlidir"

11:27 03-02-2024 | icon 379 | Siyasət
"Paşinyanın bu açıqlaması əhəmiyyətlidir"

Vüqar Dadaşov: “Çərçivə sülh müqaviləsinin imzalanacağına ümid böyüyür, amma…”

 

“Nikol Paşinyanın bu açıqlaması Azərbaycanın 30 il sübut etmək istədiyi Ermənistanın Azərbaycana, Türkiyəyə qarşı ərazi iddiasının, işğalçılıq mahiyyətinin etirafı idi”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov Nikol Paşinyanın dünən yerli televiziyaya verdiyi müsahibədə Ermənistanın Müstəqillik Bəyannaməsinin Azərbaycanla sülhə maneə olduğunu, “Müstəqillik Bəyannaməsi Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq”-fikirləri ilə bağlı açıqlamasında bildirib.

 

V.Dadaşov qeyd edib ki, Ermənistan eyni zamanda Gürcüstana, İrana və hətta Rusiyanın cənubuna qarşı planlarını gizlətməyib. Onun fikrincə, xüsusən Qərbin hakim olduğu təşkilatların, eləcə də Fransanın, ABŞ-ın Azərbaycana qarşı xüsusi düşmənçilik, təzyiq cəhdlərinin gücləndiyi bir dövrdə Paşinyanın məlum açıqlaması əhəmiyyətlidir:

 

“Paşinyanın bu açıqlaması həm də onu sübut edir ki, Fransa, ABŞ -ın timsalında Qərb Ermənistan Azərbaycan və Türkiyə arasında münasibətlərin normallaşmasının qəti əleyhinədir. Ermənistanın indiki iqtidarı sözün əsl mənasında Ermənistanı bir dövlət kimi qoruyub saxlamaq üçün çarpışır”.

 

V.Dadaşov qeyd edib ki, Paşinyanın Müstəqillik Bəyannaməsinə köklənərək qonşu dövlətlərə ərazi iddialarından imtinası və məlum bəyannaməni dəyişdirmək istəyi bir dövlət olaraq Ermənistanın regionda mövcudluğunu təmin edəcək imkanlar yaradır:

 

“Əgər bu baş verərsə Ermənistanla Azərbaycanın çərçivə sülh müqaviləsi imzalayacağına ümüd böyüyür. Amma Ermənistanın müstəqillik bəyannaməsini tez bir zamanda dəyişdirməsinə inamım azdır. Bu, Paşinyan iqtidarının ölkədəki dayaqlarına söykənən amildir”.

 

 

LƏMAN
versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM