"Bu, Ermənistana sülh müqaviləsi üzrə əsas şərtdir"

11:32 03-02-2024 | icon 298 | Siyasət
"Bu, Ermənistana sülh müqaviləsi üzrə əsas şərtdir"

Məhəmməd Əsədullazadə: “Azərbaycan Ermənistana “yeni konstitusiya qəbul etmədən sülh bağlanmayacaq” mesajını açıq verməlidir”

 

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında əsas problemlərdən biri Ermənistan "Müstəqillik Bəyannaməsi" və ona əsaslanan Konstitusiyadıdır. Ermənistanin "Müstəqillik Bəyannaməsinin" preambulasında Qarabağın Ermənistana birləşdirilməsi və Türkiyə qarşı ərazi iddiaları əks olunub”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə Ermənistan baş naziri Nikol Paşinyanın dünən yerli televiziyaya verdiyi müsahibədə Ermənistanın Müstəqillik Bəyannaməsinin Azərbaycanla sülhə maneə olduğuilə bağlı etirafını şərh edərkən bildirib.

 

M.Əsədullazadə Ermənistan Baş naziri Nikol Paşinyan konstitusiyanın sülhə maneə olduğunu, həmçinin ölkəyə yeni konstitusiya lazım olduğunu vurğuladığını deyib:

 

“Nikol Paşinyan konstitusiyanı dəyişmək fikrində deyildi. Prezident İlham Əliyev Ermənistanı nasist ideologiyasından xilas etdikcə, fikirlər dəyişir. Azərbaycan tərəfi Ermənistandan konstitusiyanı dəyişmək təklifini verib. Bu, Ermənistana sülh müqaviləsi üzrə əsas şərtdir. Bu şərt yerinə yetirilməsə, Ermənistanla sülh müqaviləsinin hüquqi bazası olmayacaq”.

 

Onun fikrincə, adi kağız üzərində qalaraq Ermənistanda hakimiyyətə gələn yeni qüvvə Azərbaycanla sülh müqaviləsini Konstitusiya zidd elan edib, müqaviləni baskıya ala bilər:

 

“Ona görə də Azərbaycan məhz “Ermənistana yeni konstitusiya qəbul etmədən sülh bağlanmayacaq” mesajını açıq verməlidir. Qeyd edim ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi yalnız Ermənistanda yeni konstitusiya qəbul edildikdən sonra mümkün ola bilər. Ermənistan Azərbaycan təkliflərini qəbul etdikcə, normal dövlət müstəvisinə keçir”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM