“Efsane”nin qala gecəsi “CinemaPlus”da

16:17 08-02-2024 | icon 766 | Film
“Efsane”nin qala gecəsi “CinemaPlus”da

“Dəniz Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Aytaç Media” şirkətinə məxsus olan “Efsane” Türk komediyasının qala gecəsi keçirilib. 

 

Versus.Az xəbər verir ki, tədbirdə filmin qəhrəmanları Ahmet Kural, Cemile Canyurt, Tuana Tezsay, həmçinin “Aytaç Media” şirkətinin sahibkarı Aytaç Ağdağ və rəhbəri Ediz Kentkuran iştirak ediblər.

 

Türkiyəli qonaqlar media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı xalıdan keçib və pərəstişkarlara imza verərək şəkil çəkdiriblər.

 

Filmin rejissoru və ssenari müəllifi Selçuk Aydemirdir. Baş rolları Ahmet Kural, Cengiz Bozkurt və Cemile Canyurt canlandırıblar.

 

Film haqqında qısa məlumat: Çorumda yaşayan Sadık və ailəsi minilliklərdən bəri ailə ənənəsi olaraq qatıq hazırlayır və qatıqlarının dadı və müalicəvi xüsusiyyətləri ilə tanınırlar. Bu əfsanəvi qatığın sirrini ailənin böyüyü Dədə saxlayır və özü hazırlayır. Amma yay günü babanın evinin damına qar yağması hər şeyi dəyişir... İnanclara əsasən, əgər yayda qar yağarsa, bu möcüzəvi qatığın sirri Dədə tərəfindən ailənin başqa üzvü ilə paylaşılmalıdır. Hər kəs bu dəyərli sirri əldə etmək istəyir.

 

Tədbirin təşkilində “Cinema Distribution”, “Coffemania” restoranlar şəbəkəsi, foto və video çəkilişdə - “Light in Black” kreativ şirkəti dəstək göstəriblər.

 

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122