“Power bank” gəzdirməyinizə ehtiyac olmayacaq

17:07 13-02-2024 | icon 272 | Maraqlı
“Power bank” gəzdirməyinizə ehtiyac olmayacaq

Yanvarın ayının 24-də Çinin “Besiter” şirkəti ilə “Baku Povver” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb. İmzalanma mərasimində “Besiter” şirkətini direktor Aaron Pan, “Baku Povver” şirkətini isə direktor Rəşad Cəbrayılov təmsil edib.

 

Razılaşmaya əsasən “Baku Povver” şirkəti Çin şirkətinin Azərbaycanda rəsmi distribütoru seçilib və artıq enerji terminallarının Azərbaycana idxalına başlanılıb. Sözügedən avadanlıqlar istifadəçiləri yükləyici cihaz daşımaqdan azad edəcək. Belə ki, ekransız - 6 şarjlı, ekranlı - 6 şarjlı və ekranlı - 24 şarjlı enerji terminallarının şəhərimizdə müxtəlif ünvanlarda fəaliyyət göstərən fərqli təyinatlı obyektlərdə artıq yerləşdirilməsinə başlanılıb.

 

İstifadəsi kifayət qədər rahat olan yükləyici cihazlar mobil tətbiq vasitəsilə aktivləşdiriləcək. Yükləyicini terminaldan kirayələməklə, cihazınızı enerji ilə doldurduqdan sonra yaxınlıqda yerləşən digər bir obyektə təhvil verə biləcəksiniz. Mobil tətbiq, yükləyicinin təhvil alınması zamanı və təhvil verilməsi zamanı bütün prosesi idarə edir. Bir neçə başlıqlı yükləyicinin ilk 20 dəqiqə üçün istifadəsi isə tamamilə ödənişsizdir.

 

Yaxın zamanda enerji terminallarının aktiv olduğu obyektlərin siyahısı da şirkətin rəsmi sosial şəbəkə səhifələrində və www.bakupower.az internet saytında dərc ediləcək.

 

Enerji terminallarını öz obyektlərində yerləşdirmək istəyən sahibkarlar aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərlər.

Mob: +994 55 790 20 30

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR