Xəyyam Nisanovdan yeni mahnıya yeni klip
Əməkdar artist Xəyyam Nisanov yeni mahnısını və ona çəkilən klipi təqdim edib.
Versus.Az xəbər verir ki, söz və musiqisi İsmayıl Əsədova məxsus olan mahnı "Qara gözlüm" adlanır.
Bəstənin aranjimanını Samir Sultanov edib. Ekran işinin rejissorluğu Emin Muradova həvalə olunub.
Sənətçinin klipdə tərəf müqabili isə aktrisa Kəmalə Alıyeva olub. Belə ki, onlar bir-birinə aşiq iki sevgilini canlandırıblar.
Qeyd edək ki, mahnı bütün musiqi platformalarında, klip isə sənətçinin "Youtube" kanalında yayımlanıb.
Ayəndə Dadaşova
versus.az
Xəbər lenti
Yol kənarındakı qanunsuz tikililər sökülüb
Qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlər davam edir