İnsanlara qarşı aqressiyanın təməlində nə dayanır?

12:42 15-02-2024 | icon 358 | Cəmiyyət
İnsanlara qarşı aqressiyanın təməlində nə dayanır?

Əhməd Rəhmanov: "Bir azdan kitab oxuyan, elmə meyilli olan xalqların itaətinə düşəcəyik"

 

"Bir həkim 12 il oxuyur, insan taleyini ona həvalə edirlər, amma dövlətdən aldığı əmək haqqı onun heç oxuduğuna dəymir. Mən dövlətdən aldığını nəzərə tuturam, yəni yaşadıgı cəmiyyətin, qurumun ona verdiyi qiymətdən".

 

Versus.Az xəbər verir ki, bunu sosial ədalətsizliklə bağlı açıqlamasında Müstəqil Həmkarlar Birliyinin sədr müavinin, sosioloq Əhməd Rəhmanov bildirib.

 

Sosioloq Əhməd Rəhmanovun sözlərinə görə, bir futbolçu ilə həkimin gördüyü işi müqaisə etsək, faydalı iş əmsalından həkim onu üstələyər:

 

"Lakin istər müğənnidən, istərsə də futbolçudan cəmiyyəti idarə edənlər, yəni kapital sahibləri daha çox gəlir götürür deyə, müğənni və ya futbolçu daha zəngindir, nəin ki, ömrünü-gunünü elmə sərf edən insanlar. Odur ki, bu insanlarda paxıllıq hissi yaradır ki, “nəyə görə onun var, mənim yoxdur”. Amma bu hal cəmiyyət üçün qorxulu haldır. Çünki gənc nəsil görür ki, ömrünü-gününü xalqın rifahı üçün fəda verənə qiymət yoxdur, əksinə, şou əhlinə qiymət çoxdur".

 

Ə.Rəhmanov qeyd edib ki, bu, cəmiyyətin deqradasiyasına aparır:

 

"Bir müddətdən sonra biz bir cəmiyyət kimi kitab oxuyan, elmə meyilli olan xalqların itaətinə düşəcəyik. Amma bir xoş hal var ki, hər bir cəmiyyətdə toplumun öz Don Kixotu olur. Yəni itkilərə, tənələrə baxmayaraq axına qarşı çıxan biri. Bizim ümidimiz o kəslərdir".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122