Biznes ideyası olan gənclərin NƏZƏRİNƏ

13:31 15-02-2024 | icon 501 | İqtisadiyyat
Biznes ideyası olan gənclərin NƏZƏRİNƏ

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Bilişim Vadisi Bakının birgə əməkdaşlığı çərçivəsində “Gənc startap” sahibkarlıq təlimlərinə müraciətlərin qəbulunu elan edilir.

 

Təlimlərdə 18-30 yaş arasında olan, öz ideyasını reallaşdırmaqla startapını yaratmaq istəyən gənclər iştirak edə bilərlər.

 

Təlimlər onlayn və oflayn formatda olmaqla iki mərhələdə həyata keçiriləcək. Onlayn mərhələdə sahibkarlıq nədir, ideyadan biznes plana, komanda qurmaq, idarə etmək və liderlik, investisiya cəlb etmək metodları və s. mövzular tədris olunacaq. Oflayn mərhələdə isə onlayn təlimlərə qatılmış gənclər üçün nəzəri biliklərin real mühitdə tətbiqinə dair dərslər keçiriləcək.

 

Ümumilikdə üç həftə davam edəcək təlimlər Türkiyənin Bilişim Vadisinin İnkubasiya Mərkəzinin mentoru tərəfindən həyata keçiriləcək.

 

Təlimlərdə iştirak etmək istəyən gənclər 23 fevral 2024-cü il saat 18:00-dək https://bit.ly/3wiuVjU linkində qeydiyyatdan keçməklə müraciət edə bilərlər.

 

Təlimləri uğurla başa vuran iştirakçılara sertifikat veriləcək.

 

Əlavə məlumat üçün: [email protected]

 

Qeyd edək ki, təlimlər KOBİA və Bilişim Vadisi Bakı arasında ötən il imzalanmış əməkdaşlığa dair Niyyət Protokolu çərçivəsində keçirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib

İqtisadi tarazlıq nə zaman pozulur?

Hüquqi şəxslərə dair yeni tələb müəyyənləşir

Ögey anadan ŞOK ƏMƏL

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI