Mühitinə dəyər verən İNSAN - ASİF RÜSTƏMLİnin yubileyidir

11:35 16-02-2024 | icon 564 | Cəmiyyət
Mühitinə dəyər verən İNSAN - ASİF RÜSTƏMLİnin yubileyidir

 

Hər sözü, hər söhbəti mənə bir akademik dərsdir

 

Bu gün xalqımızın dəyərlisi, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin yubileyidir. Asif Rüstəmli mənim əmimdir. Əmim haqqında yazmaq şərəfinə nail olduğum üçün özümü xoşbəxt hiss edirəm.

 

Asif Rüstəmli 16 fevral 1954-cü ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində dünyaya göz açmışdır. "Çırpınırdı Qara dəniz", "Tufanlardan keçən ömür", "Susmaz duyğuların səltənətində", "Ədəbi istiqlalımız", "Cəfər Cabbarlı:: həyatı və mühiti", "Mütərcim Cəfər Cabbarlı" və s. kitabların müəllifidir.

 

Asif Rüstəmli böyük alim, Cabbarlışünas, mühitinə dəyər verən, müdrik bir insandır. Onun Cəfər Cabbarlı irsinin tanınmasında, Cabbarlının arxivdə qalmış əsərlərinin tapılmasında əməyi çox böyükdür.Asif Rüstəmlinin diqqəti sayəsində mən bir çox mötəbər tədbirlərdə iştirak etmişəm. Tanınmış, dəyərli, özü kimi müdrik şəxsiyyətlərlə görüşmək imkanı qazanmışam. Hələ çox kiçik yaşlarımdan (4-5 yaş) onun müəllifi olduğu kitablar əlimdən düşmürdü. Demək olar ki, həmin kitabların əhatəsində böyümüşəm.

 

Asif Rüstəmli Cəfər Cabbarlının natamam pyeslərini, yazılarını ortaya çıxarmışdır. Hətta O, Cabbarlının “Kazım bəy” romanını və neçə-neçə yazılarını tədqiqat yolu ilə aşkar etmişdir. Hesab edirəm ki, bu, araşdırma sahəsində qırılması çətin olan bir rekorddur.

 

Asif Rüstəmli uşaq yaşlarımdan şeir, sənət aləmində çırpınanda mənə dəstək olan, şeirlərimi və yazılarımı oxuyan, məni həm də sosial şəbəkələrdən izləyərək məsuliyyətimi artıran, hər sözü, hər söhbəti mənə bir akademik dərs olan, mühitə dəyər verən müdrik bir alimdir. Onu da qeyd edim ki, əmim mənim məqalələrimi sosial şəbəkələrdən və ya “Kredo” qəzetindən oxuyaraq öz münasibətini bildirəndə mən çox sevinirəm. Həmin gün uçmağa qanadım olmur. Xüsusən də “İtirilmiş cövhər-Maqsud Məmmədov”, “Qələbənin simvolu, Zəfər tağı”, Şəhid Sahil Məmmədova həsr etdiyim “Savaşlardan alnı açıq, üzü ağ çıxan qəhrəman”, “Böyük ocaq, böyük insan, böyük sevinc”, “Ana Vətənimdə unudulmaz bir gün” və s. məqalələrimi deyə bilərəm. Həmin məqalələrimi publisistik məqalələrimin ən uğurlusu və ya tacı hesab edirəm.

 

 

Nəslimizin əzizi, fəxr və qürur yerimiz, xalqımızın dəyərlisi Asif Rüstəmlini yubileyi münasibətilə ürəkdən təbrik edirəm! Can sağlığı, uzun ömür və xoşbəxtliklə 100 yaş yaşamasını uca Allahdan arzu edirəm! Mənə və gənclərə yüksək dəyər verdiyinə, elm və pedaqoji sahədə danılmaz xidmətlərinə və əməyinə görə əmimə sonsuz minnətdarlığımı bildirirəm! XALQIMIZIN DƏYƏRLİSİ, SİZİNLƏ FƏXR EDİRƏM! YUBİLEYİNİZ, DOĞUM GÜNÜNÜZ MÜBARƏK OLSUN! ALLAH SİZİ VƏ ƏZİZLƏRİNİZİ QORUSUN! AMİN!

 

 

Sevindik Nəsiboğlu

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR