Yeni hökumətin qarşısında duran VƏZİFƏLƏR
Baş nazir Əli Əsədov yeni hökumətin qarşısında duran əsas vəzifələri açıqlayıb.
Versus.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında yenidən Baş nazir seçilən Əli Əsədov bildirib.
O bildirib ki, qarşıda duran əsas vəzifələrdən biri ordu qurculuğu, hərbi sənayenin inkişafı, sərhədlərin qorunmasının gücləndirilməsi olacaq:
“Digər tərəfdən ölkənin xarici risklərdən qorunmaq, azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurdlarına qaytarılması əsas prioritetlərdən olacaq. Hər zaman olduğu kimi şəhid ailələri və müharibə əlillərinə dövlət qayğısının artirilması planlaşdırılır”.
Qeyd edək ki, Milli Məclis Konstitusiyanın 118-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"