Erməni generallar sərhəddə görünüblər

09:46 19-02-2024 | icon 635 | Müharibə
Erməni generallar sərhəddə görünüblər

İrəvan yeni hücuma hazırlaşır?

 

Ermənistanda yaxın dövrdə yeni müharibə hazırlığına dair informasiyalar peyda olub.

 

“Oragir.news” saytının erməni ordusunun komandir heyətinə müharibəyə hazırlaşmaqla bağlı göstəriş verildiyinə dair məlumatı Ermənistan Müdafiə Nazirliyi tərəfindən təkzib olunub.

 

Təbii ki, müharibəyə hazırlıqla bağlı informasiyalar rəsmi şəkildə təsdiq olunmayacaq. Burada əsas məqam Ermənistanın hərbi rəhbərliyinin praktiki müstəvidə hansı addımlar atmasıdır.

 

Ermənistan MN məlumatları təkzib etsə də, erməni generalların Azərbaycan sərhədinə səfəri xüsusilə diqqət çəkir.

 

Rəsmi məlumata görə, Ermənistan ordusunun Baş qərargah rəisi, müdafiə nazirinin birinci müavini general-leytenant Edvard Arsyan ötən həftənin sonu “sərhədin cənub-şərq və cənub-qərb hissələrinə baş çəkib”. Bir neçə hərbi hissədə olan Arsyan sərhəddəki postlara çıxıb, hərbçilərlə müzakirələr aparıb, mühəndislik işləri ilə tanış olub, daha sonra bölmə komandirlərinin iştirakı ilə iclas keçirib. Arsyanın səfər etdiyi “sərhədin cənub-şərq və cənub-qərb hissəsi” Azərbaycanla sərhədin hər iki istiqamətidir: cənub-şərq Zəngilan-Qubadlı, cənub-qərb isə Naxçıvanla sərhəd ərazisinə düşür;

 

Arsyanın məhz indi bu istiqamətə səfər etməsinin bir neçə mümkün səbəbi ola bilər.

 

Birincisi, Ermənistan son təxribatını sərhədin cənub-şərq hissəsində - Zəngilan istiqamətində etmişdi və Azərbaycan ordusunun adekvat cavabı nəticəsində ağır itkilər verdilər: görünür, Arsyan vəziyyəti birbaşa yerində yoxlamaq qərarına gəlib;

 

İkincisi, sərhəddə təxribatların davam edəcəyi gözləntisi var, xüsusilə Zəngəzur dəhlizi layihəsinin olduğu Zəngilan istiqaməti mümkün toqquşma zonalarından biridir: Arsyanın növbəti təxribat planı ilə bağlı erməni hərbçiləri yerində təlimatlandırmaq üçün sərhədə gəldiyi istisna edilməməlidir;//Publika.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...