"Dream Fest"in bağlanışında Aygün rüzgarı

14:21 07-03-2024 | icon 455 | Şou-biznes
"Dream Fest"in bağlanışında Aygün rüzgarı

 

Pop kraliça Aygün Kazımova bu yay Bakıda keçiriləcək "Dream Fest" beynəlxalq musiqi festivalında səhnəyə çıxacaq. 

 

Versus.Az xəbər verir ki, böyük tədbirin bağlanış mərasimində Xalq artisti çıxış edəcək. Ölkənin əsas ulduzunun çıxışı iyulun 28-də gerçəkləşəcək.

 

Super-hitlərin ifaçısı olan Kazımova həmin gün sevilən mahnılarını Xəzərin sahilində səsləndirəcək və şou göstərəcək.

 

Qeyd edək ki, Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən "Dream Fest" iyulun 23-dən 28-nə kimi olacaq. Festival çərçivəsində bir çox əcnəbi və yerli müğənnilər konsert verəcəklər. 

 

Bundan əvvəl A.Kazımova "Jara" beynəlxalq musiqi festivalında da yer alıb. O, Rusiyanın Xalq artisti Filipp Kirkorovla birlikdə səhnəyə çıxıb. Onlar hətta festival üçün "Calma" adlı mahnını duet şəklində oxuyublar.

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR