Zeytun yağı niyə BAHALAŞIB?

20:23 08-03-2024 | icon 517 | İqtisadiyyat
Zeytun yağı niyə BAHALAŞIB?

Son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım müşahidə olunur. Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda göstərir. Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır. 8,50-10,50 manat aralığında təklif olunan birlitrlik zeytun yağları isə son günlərdə 17-18 manata təklif olunur.

 

Bəs qiymətin bu qədər artması nə ilə bağlıdır?

 

Mövzu ilə bağlı Bizim.media-nın suallarını cavablandıran iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, əvvəllər Azərbaycanda istehsal edilən zeytun yağlarının yarımfabrikatları xaricdən idxal olunurdu:

 

“Artıq bir ildir ki, ölkəmizdə də bu yarımfabrikatların istehsalına start verilib. Ola bilsin ki, bahalaşma bununla əlaqədardır. Yəni yerli xammaldan əldə edilən məhsulun baha baş gəlməsi səbəbindən qiymət artımının baş verməsi mümkündür".

 

Onun sözlərinə görə, son vaxtlar ölkəyə idxal olunan zeytun yağlarının dəyərində də artımlar nəzərə çarpmaqdadır:

 

“Bahalaşma bütün dünyada baş verməkdədir ki, bu da özünü soyuq sıxılma ilə əldə olunan yağlarda göstərir. Marketlərdə satılan şəffaf yağlar isə rafinə edilib”.

 

Ekspert zeytun yığımının bir neçə ay əvvəl başa çatmasının qiymət artımının səbəblərindən biri olmadığını qeyd edib:

 

“Yığım ötən il oktyabrın axırı, noyabrın əvvəlində başa çatıb və bundan cəmi 3-4 ay keçib. Növbəti mövsümə isə hələ 8-9 ay vaxt qalıb. Bu baxımdan da xammalın tez tükəndiyini və zeytun yağının buna görə bahalaşdığını düşünmürəm. Xammal tükənsə belə, istehsalçılar bunu idxalla kompensasiya edə bilərlər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib

İqtisadi tarazlıq nə zaman pozulur?

Hüquqi şəxslərə dair yeni tələb müəyyənləşir

Ögey anadan ŞOK ƏMƏL

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI