Venta Təlim, Tədris və İşlə Təmin Mərkəzi AÇILDI

17:33 13-03-2024 | icon 296 | Təhsil
Venta Təlim, Tədris və İşlə Təmin Mərkəzi AÇILDI

Ölkəmizin öz sahəsində böyük müəssisələrindən biri olan Venta Təlim, Tədris və İşlə Təmin Mərkəzinin açılış mərasimi keçirilib.

 

Mərasimdə dövlət rəsmiləri, Venta şirkətinin əməkdaşlıq etdiyi kommersiya təşkilatlarının vəzifəli şəxsləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə mərasim iştirakçılarına şirkətin fəaliyyəti və məqsədi barədə geniş məlumat verilib.

 

Qeyd edilib ki, şirkət ilk dəfə olaraq fəaliyyətə 2012-ci ildə başlayıb. Amma sonradan fəaliyyətini dayandırıb. 2023-cü ildə fəaliyyətini bərpa edən şirkət hazırda ölkəmizdə işsizliyin aradan qaldırılmasına, vətəndaşların məşğulluq səviyyəsinin artırılmasına və peşə fəaliyyətlərinin inkişafına öz töhfəsini verir.

 

Bildirilib ki, hər ay 300-dən çox vətəndaş Venta Təlim, Tədris və İşlə Təmin Mərkəzində müvafiq peşələrə tam ödənişsiz yiyələnərək işlə təmin olunurlar.

 

Tədbirdə qeyd edilib ki, şirkətin əsas məqsədi mütəxəssisləri arzuladıqları işi tapmaqda köməklik göstərmək, eyni zamanda ölkədə işsizliyin aradan qaldırılması istiqamətində dövlətə dəstək göstərməkdir.

 

Diqqətə çatdırılıb ki, şirkətin fəaliyyəti dövründə yaradılan xüsusi proqram vasitəsilə minlərlə vətəndaşın CV-si bazada qeydiyyata alınıb. İş axtaranlar aktiv vakansiyalarla mütəmadi olaraq təmin olunduğu üçün CV bazası da daima yenilənir.

 

Daha sonra şirkətin maddi texniki bazasına baxış keçirilib. Tədbir iştirakçıları ən son avadanlıqlarla təchiz edilmiş təlim otaqları, gözləmə zalları, qəbul və digər yardımçı otaqlarla tanış olublar.

 

Vurğulanıb ki, Venta Təlim, Tədris və İşlə Təmin Mərkəzi vətəndaşlara xidmət zamanı ən son yeniliklərdən istifadə edir. Şirkətin daxili sistemi vasitəsi ilə vətəndaşların CV-ləri bazaya daxil edilir, CV-si bazaya daxil edilmiş vətəndaşlar ixtisaslı kadr kimi formalaşmaları üçün avtonom sistemlə təlimlərə cəlb edilir. Təlimləri uğurla başa vuran vətəndaşlar isə işlə təmin olunurlar.

 

Diqqətə çatdırılıb ki, ixtisaslı kadr hazırlığının keyfiyyətini yüksəltmək məqsədi ilə təşkil edilən peşəyönümlü təlimlər nəzəri və praktiki hissədən ibarət olmaqla aparılır.

 

Mərasimdə qonaqlara hazırda tədris olunan təlimlər barədə də məlumat verilib.

 

Qeyd edilib ki, hazırda qeydiyyatçı, aşpaz, sürücü, xarici dil, nəzarətçi, dayə, İT, qənnadçı, şirniyyatçı, ofisiant, otel xadiməsi, Çağrı Mərkəzi üzrə operator, kompüterlərin təmiri və xidməti üzrə texnik, ilkin tibbi yardım, SƏTƏM, HR, satış, mühasib, çörəkçi, təchizat üzrə agent, xəzinədar, SMM, konfrans və tədbir təşkilatçısı və s. təlimlər tədris edilir.

 

Təlimlərin sonunda iştirakçılar sertifikat ilə təmin edilir və müvafiq vakansiya üzrə namizəd şirkətə müsahibəyə yönləndirilir.

 

Müsahibə şirkətin 100-dən çox ixtisaslaşmış mütəxəssisi tərəfindən mərhələli şəkildə aparılır.

 

“Ehtiyat Kadrlarının İdarə Edilməsi” Departamentin mütəxəssisləri iş axtarışının vakansiyaya uyğunluğunu yoxlayaraq digər departamentə yönləndirir.

 

Müvafiq vakansiya üzrə seçilmiş namizəd “Kadrların Təyinatı və Göndərişlər” Departamentinin mütəxəssisləri tərəfindən şirkətə müsahibəyə göndərilir.

 

Yüzlərlə şirkətlə əməkdaşlıq edən “Venta Təlim Tədris və İşlə Təmin Mərkəzinin” mərhələli müsahibələr keçirməkdə məqsədi həmin şirkətləri ehtiyacı olan kadrlarla təmin etməkdə tərəfdaşlarının məmnunluğunu qazanmaqdan ibarətdir.

 

Sonra qonaqlar şirkətdə yaradılmış şəraitlə bağlı razılıqlarını bildirərək ölkəmizdə işsizliyin aradan qaldırılmasına verdiyi töhfəyə görə Venta Təlim, Tədris və İşlə Təmin Mərkəzinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

 

Tədbir daha sonra qeyri-rəsmi hissə ilə davam edib.

 

Qeyd edək ki, Venta Təlim, Tədris və İşlə Təmin Mərkəzinin Baş ofisi Sabunçu rayonu Bəşir Bünyadov 5X. ünvanında yerləşir.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib

İqtisadi tarazlıq nə zaman pozulur?

Hüquqi şəxslərə dair yeni tələb müəyyənləşir

Ögey anadan ŞOK ƏMƏL

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI