Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ
Fuad Əliyev: “Makronun özünü lider kimi önə çəkməsi fransızcadır, axmaq xülyadır”
“Fransada Azərbaycan şairəsi, ictimai, siyasi xadim Xurşudbanu Natəvanın heykəlinə qarşı yönələn hərəkətlər erməni və onun fransız havadarlarının əsl simasının təzahürüdür. Qlobal Bakı Forumunda Azərbaycan Prezidentinin bu məsələyə diqqət çəkməsi təsadüfi deyil və dünyanın, bəşəriyyətin haqsızlığa qarşı gözünü, qulaqlarını açmasına yönəlib”.
Versus.Az xəbər verir ki, bunu siyasi ekspert Fuad Əliyev Prezidentin Qlobal Forumda Fransa ilə bağlı çıxışı, eləcə də bu ölkədə Xurşudbanu Natavanın heykəlinə qarşı təhqiramiz hərəkətlərə diqqət çəkməsi ilə bağlı açıqlamasında bildirib.
F.Əliyev qeyd edib ki, 21-ci əsrdə faşist qorxaqlığı, acizliyi, xainliyi və vandal xarakterinin dəyşmədiyi ayrı-ayrı xalqlara, dövlətlərə qarşı münasibətdə aydın görünür:
“Daş heykəlləri, qəbirüstü abidələri güllələmək, təhqir etmək, kitabları yandırmaq faşistlərin yaxşı bildiyi "mübarizə" üsuludur. Tarixin 30-40-cı illər arxivini araşdırsaq, eləcə də Qarabağda son 30 ilin erməni işğalı dövründəki mənzərəyə baxsaq, bu faşist izləri bir daha üzə çıxacaq".
F.Əliyev qeyd edib ki, Fransada bir heykəli qoruya bilməyən Avropa dövlətinin - Makron hökumətinin durub Azərbaycanı ittiham etməsi, yaxud guya özünü bölgənin xilaskarı kimi güclü göstərməsi, haqq, müdafiəçisi, dəstəkçisi kimi ortaya çıxması gülüncdür:
“Fransa Makronu özünü lider kimi göstərmək üçün sağ-solunu qamçılaya-qamçılaya durub. 3 dəfə Ukraynaya səfər etməkdən yayınan Makron yalançı dəstəkçi iddiasından da çəkinmir. Üstəlik, yeni dünya düzənində güclənən Azərbaycan kimi dövlətin, onun liderinin gücünü qısqanır, aqressiv davranışlar sərgiləyir. Makron özünün zəifliyini, liderlik qabiliyyətinin olmadığını gizlətmək üçün Ermənistan kimi dövlətləri özünün “oyun meydançasına” çevirib. Çünki zəif, məğlub erməni separatçılarına Makron kimi zəif “liderlərlərin” yaratdığı hay-küy, gərginlik sərf edir".
F.Əliyev Makronun Ukraynaya ukraynalıq etmək cəhdinin fiaskoya uğradığını da vurğulayıb:
“Makron bir yandan Ukraynaya səfər etməkdən yayınır, bir yandan da Ukraynaya hərbi qüvvələr göndərəcəyi ilə bağlı sözdə yalançı vədlərindən əl çəkmir. Artıq Ukrayna prezidenti Zelenski ona cavabında “sizin əsgərləriniz bizə lazım deyil” deyir. Makron isə israrla əsgərləri göndərəcəyini bildirib sanki Ukraynadan çox ukraynalıq etdiyini nümayiş etdirməyə çalışır. Bu, Fransanın Azərbaycana münasibətdə ermənidən çox ermənilik etməsi ssenarisidir”.
F.Əliyev hesab edir ki, Fransa xalqının Makron kimi siyasətçini yenidən prezident seçməsi mümkün görünmür:
"Makron özünü “xilaskar” kimi göstərib, bir lider, siyasətçi kimi nüfuzunu qaldırmağa çalışsa da, mümkün deyil. Çünki Makronun bundan sonra seçkilərdə iştirak edib qalıb gəlməsinə inam yoxdur. Makron kimi qorxaq siyasətçinin özünü Qərb siyasətində önə çəkməsi fransızın axmaq xülyası və bu coğrafi məkanda ciddi lider böhranının olduğunu nümayiş etdirir. Üstəlik öz bacarıqsızlıqlarını başqa dövlətlərdə gərginlik yaratmaqla yanaşı, müstəqil siyasət aparan Azərbaycan dövlətinə, onun liderinə qarşı aqressiya sərgiləməsi absurddur”.
LƏMAN
versus.az
Xəbər lenti
Laçınla bağlı proqram HAZIRLANACAQ
Müxtəlif mədəni tədbirlər, konsertlər, sərgilər, festivallar və...