Miqrantları daşıyan qayıq batdı
Türkiyədə Çanakkalenin Eceabat rayonu sahillərində miqrantları daşıyan rezin qayığın batması nəticəsində 20 nəfər həyatını itirib.
Versus.az TRT-yə istinadən xəbər verir ki, qayığın gecə batdığı və səhər bilindiyi məlum olub.
Aparılan işlər zamanı 20 nəfərin meyiti aşkar edilib. Bölgədə 10 sahil-mühafizə gəmisi, 2 helikopter, dəniz polisi və AFAD qruplarının axtarış-xilasetmə işləri davam edir.
Limanda çoxlu sayda təcili yardım maşını hazır vəziyyətdə saxlanılır.
Xəbər lenti
Laçınla bağlı proqram HAZIRLANACAQ
Müxtəlif mədəni tədbirlər, konsertlər, sərgilər, festivallar və...