Deputatdan TƏKLİF
Əhliman Əmiraslanov: “Şiş əleyhinə dərman vasitələri icbari tibbi sığorta ilə qarşılansın”
“Ən çox ölümə səbəb olan patologiyadan biri onkoloji xəstəlikdir. Bu xəstəliyin icbari tibbi sığorta ilə əhatə olunmaması anlaşılan deyil”.
Versus.Az xəbər verir ki, bunu Milli Məclisdə hökumətin illik hesabatının müzakirəsi zamanı Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Deputat bildirib ki, problem dəfələrlə müxtəlif səviyyələrdə müzakirə olunsa da, hələ də müsbət həllini tapmayıb. Səbəb isə onkoloji xəstələrin müalicəsinin yüksək maliyyə tutumu olması ilə izah edilir:
“Onkoloji xəstələrin şiş əleyhinə dərman vasitələri ilə təminatının icbari tibbi sığorta çərçivəsində qarşılanması mütləqdir. Çünki həmin dərman vasitələri olmadan onkoloji xəstələrin müalicə olunması mümkün deyil”.
Deputat bütövlükdə çox az sayda tibbi xidmətlər istisna olmaqla bütün xəstəliklərin icbari tibbi sığorta ilə qarşılanmasını təklif edib.
T.Qafarlı
Xəbər lenti
ÜST ilk meymunçiçəyi testini TƏSDİQLƏDİ
"Erkən diaqnoz vaxtında müalicəni və qulluğu, eləcə də..."