Stoltenberqin istəkləri

08:13 18-03-2024 | icon 585 | Geopolitika
Stoltenberqin istəkləri

Azərbaycanla razılaşma mümkündürmü?

 

 

 

VÜQAR DADAŞOV
/MCP sədr müavini, hüquqşünas/

 

 

 

NATO-nun baş katibi Stoltenberqin planlaşdırılmamış Cənubi Qafqaz səfəri sözsüz ki, Rusiya ilə bağlı ümumi mənzərəni dəqiqləşdirmək, Rusiya qarşı NATO-nun mümkün addımları planlaşdırmaq məqsədi daşıyır. Rusiya-Ukrayna cəbhəsində gərginləşmə, Fransanın Ukraynada müharibəyə qoşulmaq anonsları fonunda NATO-nun Cənubi Qafqaz ölkələri ilə ümumi və yekun xətti müəyyən etmək zərurəti yaradıb.

 

NATO - nun Gürcüstanla, Ermənistanla danışıqlarının, razılaşmalarının əldə edilməsi məlum səbənlərdən elə də çətin deyil. Bir mənalı, NATO-nun Azərbaycanla danışıqları, razılaşmaları isə çox çətin və mürəkkəbdir. Əlbəttə ki, Cənubi Qafqazın açar ölkəsi Azərbaycanla razılaşma bütün Cənub Qafqazın taleyini dəyişə biləcək səviyədə olduğundan, Stoltenberq Cənubi Qafqaz səfərini məhz Azərbaycandan başlayıb. Məhz Azərbaycanla danışıqlardan sonra Ermənistans və Gürcüstana konkret tapşırıqlar müəyyənləşəcək.

 

NATO - nun Azərbaycanla danışıqlarının çətin olmasının səbəbi isə, Azərbaycanın ərazi bütövlüyünün öz hesabına bərpası, güclü ordu və güclü iqtisadiyatı, Avropanın enerji təhcizatının, təhlükəsizliyində vacib rolu və nəhayət Türkiyə ilə müttəfiqliyidir. Düşünürəm ki, NATO qismində Stoltenberqin Azərbaycanla hər hansı bir əhəmiyyətli siyasi razılaşmanın əldə edilməsi mümkün deyil. Həm də, Stoltenberq bu ilin sonu vəzifəsindən getməlidir. Əlbəttə ki, bu faktın özü də müəyyən mənada təsirlidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR