Deputatdan Baş nazirə: BU QƏRARI DƏYİŞİN

08:26 18-03-2024 | icon 335 | Siyasət
Deputatdan Baş nazirə: BU QƏRARI DƏYİŞİN

Razi Nurullayev: "Nazirlər Kabinetinin üzvləri vətəndaşlara verdikləri şablon və hazır mətnləri deputatlara da göndərməsinlər"

 
 
 

Deputat Razi Nurullayev Milli Məclisin iclasında hökumətin hesabatından danışarkən əvvəlcə Baş naziri və hökumət üzvlərini yeni təyinat münasibətilə təbrik etdi. Daha sonra onu narahat edən məsələlər barədə danışdı.

 
 
R.Nurullayev bildiedi ki, iş yerindən arayış Nazirlər Kabinetinin (2016-cı il 5 fevral tarixli) 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərar birmənalı olaraq ehtiyacı olan ailələrin bu yardımı almasını əngəlləyir:
 
 
"Qərarın 3.7.2., 4 və 5-ci bəndləri acınacaqlı vəziyyətdə yaşayan və hətta deyərdim ki, kömək edənlər olmasa, acından öləcək vətəndaş və ailələrin ünvanlı sosial yardım almasını əngəlləyir. Belə ki, ailənin orta aylıq gəlirinin hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda, ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda, ailənin işləməyən üzvü Dövlət Məşğulluq Agentliyi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə bəndləri o ailələrin yaşadıqları reallıqlarla tərs mütənasibdir. Agentlik iş təklif edir, amma işəgötürəni məcbur edə bilməz ki... Sadəcə bu ötür-ötür oyunudur”.
 
 
R.Nurullayev Baş nazirə xitab etdi:
 
 
“Cənab Baş nazir, mən bunu inanın ki, havadan demirəm. Yüzlərlə o ailələrlə görüşmüşəm və reallığı sizə deyirəm. Bu qərarı dəyişin, cənab Baş nazir! Bu məsələdə real vəziyyəti bilmək istəyirsinizsə, sizinlə görüşüb əsaslandıra bilərəm. Siz özünüz də görəcəksiniz ki, dediklərimdə zərrə qədər də olsun şişirtmə yoxdur. O çarəsizlərin səsini sizə çatdırıram. Çörək pulu Məcburi köçkünlərə verilən vahid aylıq müavinət - “çörək pulu” - ərindən boşanmış məcburi köçkün qadınlara şamil edilmir. Məcburi köçkün qadının ərindən boşanandan sonra köçkün statusunun bərpası və çörək pulunun verilməsinin bərpası vacibdir. Müavinət Nazirlər Kabinetinin - 2017-ci il 24 yanvar tarixli - 11 nömrəli qərarı ilə təsdiq edilmiş Qayda əsasında təyin edilir. Bu qaydalara yeni bir bənd əlavə edilməsini və məcburu köçkün qadın məcburi köçkün olmayan ərindən boşanandan sonra onun köçkün statusunun bərpa edilməsini təklif edirəm ki, onlar da çörək pulu ala bilsinlər. Ümid edirəm ki, Nazirlər Kabineti bu təklifimi dəyərləndirib müvafiq düzəlişi edəcək. İmişli kanalizasiya İmişlinin kanalizasiya sistemi çəkilib və yarımçıq qalıb. Hazırda İmişli İcra hakimiyyəti tərəfindən 48 küçəyə asfalt vurulub. İndi nə zamansa, kanalizasiya çəkiləndə o yollar dağılacaq. İmişlidə yeni tikililər olur, şəhər inkişaf edir. Amma, əhali ciddi şəkildə narahatlıqla üzləşir. Kanalizasiya sistemi olmadan şəhərin səmərəli və planlı inkişafı mümkün deyil. Xahiş edirəm, cənab baş nazir, İmişlinin yarımçıq qalmış kanalizasiya sisteminin tamamlanması üçün vəsait ayrılsın. Vəzifə Cənab baş nazir, Təkliflər veririk, qanun və tələb çərçivəsində xahiş edirik, onlara şablon cavablar olur. Qanunlar, görülən işlər sadalanır və sonra da vurğulanır ki, bu sahədə işlər davam etdiriləcək. Axı, bu cavab deyil”.
 
 
Deputat çıxışı zamanı daha bir xahiş etdi:
 
 
“Hörmətli baş nazir, sizdən xahişim budur ki, Nazirlər Kabinetinin üzvlərinə tövsiyə edin ki, həm özləri, həm də işçiləri konkret olsunlar, vətəndaşlara verdikləri şablon və hazır mətnləri deputatlara da göndərməsinlər. Edilən müraciətlərə, məktublara, zənglərə hörmətlə yanaşsınlar, məqsədəuyğun cavab versinlər və daha çox həlli variantına köklənsinlər.
 
Əziz və hörmətli Baş nazir Əli müəllim, sizdən çox razıyam və sizə dərin hörmətlə yanaşıram. Sizdən digər xahişim budur ki, Nazirlər Kabineti və kabinetə daxil olan yeni işçilərə, xüsusən cavan kadrlara, kabinetinizin üzvlərinə tövsiyə edin ki, işə götürdükləri, təyin etdikləri, yaxud təyin olunan yeni kadrlara desinlər ki, onlar birinci növbədə ölkəni tanısın, siyasi cəhətdən savadını artırsın və ən azından ən yeni tariximizi və onun simalarını tanıyıb hörmət etsin. Böyüklərin təcrübəsini öyrənsinlər. Problemləri həll etmək, idarə etmək təcrübəsinə yiyələnsinlər. Onlar özlərini təvazökar, qayğıkeş və rəhbərlik tərəfindən qoyulan şərtlərə uyğun aparmalıdır. Vəzifə üstünlük yaratmaqla bərabər, həm də ciddi məsuliyyət və öhdəliklər yaradır. Inanıram ki, indiki dövrdə vəzifə siyasi və digər xidmətlərə görə verilmir. Vəzifə vətəndaşlara və dövlətə xidmət üçün verilir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib

İqtisadi tarazlıq nə zaman pozulur?

Hüquqi şəxslərə dair yeni tələb müəyyənləşir

Ögey anadan ŞOK ƏMƏL

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI