Növbədənkənar Parlament seçkiləri GÜNDƏMƏ GƏLDİ

08:08 27-03-2024 | icon 314 | Siyasət
Növbədənkənar Parlament seçkiləri GÜNDƏMƏ GƏLDİ

Fuad Əliyev: “Zəfər Parlament seçkisində iştirak etmək fikrindəyəm”

 

“Parlament seçkilərinin hətta bir həftə tez keçirilməsi də növbədənkənar seçki adlandırılacaq. Amma məsələyə bu aspektdən yanaşmaq da doğru olmazdı”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclis seçkilərinin payızda, yəni noyabr ayında deyil, iyunda keçirilməsi ehtimalı, eyni zamanda budəfəki seçkinin nə ilə fərqlənəcəyi ilə bağlı açıqlamasında prezidentliyə keçmiş namizəd, siyasi ekspert Fuad Əliyev bildirib.

 

Fuad Əliyev qeyd edib ki, noyabrdan əvvəl seçkilərin keçirilməsi vaxtla izah oluna bilər:

 

“Təbii ki, Milli Məclisin buraxılması noyabrda keçiriləcək mötəbər tədbirlə əlaqələndirilə bilər ki, zaman azdır, bir az irəli də çəkməsək, onda qanunvericiliyi pozmuş olarıq. İndi hansı daha yaxşıdır, seçkini 5-6 ay əvvəl keçirmək, yoxsa konstitusiyaya zidd addım atıb gələn ilə saxlamaq? Hər halda, birincidə heç bir konstitusiya pozuntusu olmayacaq”.

 

Siyasi ekspert vurğuladı ki, parlament seçkisi yalnız bir şərtlə gələn il ola bilər ki, parlament noyabrın ilk bazar gününə qədər özünü buraxır, yeni seçki təyin olunur, lakin keçirilməsi 2025-in fevralında baş tutur. Onun sözlərinə görə, burada da yenə problem meydana çıxır:

 

“Bu baxımdan düşünürəm ki, bu ilin iyununda, yaxud avqust-sentyabr arasında seçki keçirilə bilər. Çünki COP29 hələ noyabrda olacaq. Amma Türkiyə nümunəsi də var - eyni gündə, yəni dekabrın 23-də xalq bələdiyyələrə üzvləri də, parlamentə yeni deputatları da seçə bilər”.

 

Fuad Əliyev parlament seçkilərində iştirak etmək niyyətində olduğunu da vurğulayıb:

 

“İlk dəfə azad edilən ərazilərdə həm də deputatlığa seçkilər olacaq. Biz Zəfər parlamentinin seçkilərini keçirməliyik. Düşünürəm ki, fərqli bir Milli Məclis və tərkib görəcəyik. Amma iyunla bağlı qəti fikir bildirmək çətindir, çünki ictimai rəyə bununla bağlı hər hansı informasiyalar ötürülmür".

 

AYSEL
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR