Deputatlardan ETİRAZ

16:33 27-03-2024 | icon 211 | Siyasət
Deputatlardan ETİRAZ

“Bakıda yeni parklanma qiymətləri əhalinin qazancına uyğun deyil”

 

Bakının mərkəzi hissələrindəki yeraltı və yerüstü parklanma ərazilərində aprelin 1-dən qiymətlərin 2,6 dəfəyədək bahalaşacağı barədə anons verilib.

 

Sosial şəbəkə istifadəçiləri belə bir qərara kəskin etiraz edərək, müxtəlif rəylər paylaşıblar.

 
 
 

Sözügedən qərar haqqında “Report”a danışan Milli Məclisin deputatları da qiymətlərin baha olduğunu deyiblər.

 

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli parklanma qiymətlərinin çox baha olduğunu vurğulayıb və qeyd edib ki, bu, sakinlərin narazılığına səbəb olub:

 

“Parklanma qiymətləri çox bahadır - istər saat hesabı, istər sutkalıq. Bu, insanların qazancına uyğun deyil. Hesab edirəm ki, qərarda dəyişiklik lazımdır. Bunun üçün çağırış edirəm”.

 

Deputatın fikrincə, bundan geniş bəhs etməyə heç ehtiyac da yoxdur:

 

“Çünki sakinlər birmənalı narazıdırlar. Nə qədər gec deyil, qiymətləri dəyişmək lazımdır”.

 

Komitənin digər üzvü Vüqar İsgəndərov da avtomobilin 1-2 saatdan çox paklanmada saxlanmasının insanlara çox baha başa gəldiyini hesab edir.

 

O vurğulayıb ki, Bakıda tıxacların qarşısının alınması üçün konkret və gərgin iş görülür, müvafiq mərkəzi icra hakimiyyəti orqanı qanunsuz paklanma, bu sahədə xaosun qarşısının alınması üçün lazımi addımlar atır:

 

“Bütün bu tədbirləri alqışlayırıq. Lakin indiki situasiyada paklanma ilə bağlı problemlərin qaldığını, hətta ictimai narazılığın mövcudluğunu inkar edə bilmərik. Paytaxtda parklanma qiymətlərinin baha olduğu heç kimə sirr deyil. Avtomobilin 1-2 saatdan çox paklanmada saxlanması insanlara çox baha başa gəlir. Qiymət 5, 8, hətta 10 manatdan da çox olur. Təbii ki, bu, insanların ciblərinə uyğun deyil".

 

Bundan başqa deputat parklanma sisteminin işləməsi ilə də narazılığı olduğunu deyib:

 

“Sistemi təkmilləşdiriblər və yenisinə görə parklanma ödənişi smartfonla idarə edilməlidir. Sakinlər var ki, ümumiyyətlə, mobil telefon işlətmir və ya işlətsə də bu, smartfon deyil. Bu zaman onlar çətinlik çəkirlər”.

 

Deputatın sözlərinə görə, hüquqi cəhətdən yanaşdıqda, sakinlərdən paklanma ödənişini mütləq mobil telefonla həyata keçirmək tələbi düzgün deyil:

 

“Müvafiq orqanlar bu sahədə daha yeni və əlçatan üsulun tapılması üçün işlər görməlidirlər. Ümumilikdə, qiymətlərdəki bahalaşma artıq hiss olunur və paklanma ödənişləri metodu təşmilləşdirilməlidir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

MM-in komitə sədrindən DƏSTƏK

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

"Kartdan-karta" əməliyyatına görə 6 min manat CƏRİMƏ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər