“Azneft”in baş direktoru vəzifəsindən azad edildi

12:11 28-03-2024 | icon 359 | İqtisadiyyat
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub.

 

“Qafqazinfo” xəbər verir ki, Şahmar Hüseynov İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib.

 

Onun əvəzinə “Umid Babək Əməliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru Əli Qurban oğlu Qurbanov “Azneft” İB-yə yeni baş direktor təyin edilib.

 

Qeyd edək ki, Əli Qurban oğlu Qurbanov 1991-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu “Neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi” ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1991-ci ildə “28 May” adına Neft Qaz Çıxarma İdarəsində 4-cü dərəcəli neft qaz çıxarma operatoru kimi başlayıb və 1998-ci ilə qədər həmin idarədə özül rəisi vəzifəsinə qədər yüksəlib. 1998-ci ildən başlayaraq bp şirkətində fəaliyyətini davam etdirib, 2011-ci ilə qədər Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və Azərbaycanda müxtəlif layihələrdə çalışıb.

 

2011-ci ildən başlayaraq SOCAR-ın baş ofisində neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidentin neft-qaz hasilatı üzrə müavini vəzifəsində fəaliyyət göstərib.

 

Qeyd edək ki, Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliyə rəhbərlik edirdi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Dünyanın ən yaxşı ordularına malik ölkələr

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB