Gəncədə zibilxanaya çevrilən ərazi

17:27 28-03-2024 | icon 157 | Sosial
Gəncədə zibilxanaya çevrilən ərazi

Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək?

 

Gəncə şəhərinin Cavadxan qəsəbəsində böyük bir ərazi zibilliyə çevrilib. Sakinlər deyir ki, qəsəbəyə zibil qutuları qoyulmadığı və tullantılar daşınmadığı üçün vəziyyət bu həddə çatıb.

 

Onların sözlərinə görə, əraziyə tullantılar əsasən gecə saatlarında kənar yerlərdən maşınla gətirilərək atılır. Sakinlər ərazidə bir neçə dəfə təmizlik işləri aparılsa da, problemin uzun müddətdir ki, birdəfəlik həll olunmadığını bildirirlər.

 

“Qəsəbə sakinləri yığışıb ərazini təmizlədik. Gecə yenə gəlib zibil tökürlər”, - deyə sakin söyləyib.

 

Bundan əlavə, tullantıların ətrafına toplaşan sahibsiz itlər də sakinlərin narahatlığına səbəb olur.

 

Məsələ ilə əlaqədar Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mətbuat Xidmətindən bildirilib ki, sözügedən ərazi şəxsi mülkiyyətdə olduğundan ora nəzarət səlahiyyəti də yerin sahibinə aiddir. Qurumun həmin əraziyə mütəmadi daxil olmaq və xidmət aparmaq hüququ yoxdur.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR