“Azərbaycan olaraq istənilən təhdidin qarşısında hazırlıqlıyıq”

17:54 28-03-2024 | icon 1131 | Geopolitika
“Azərbaycan olaraq istənilən təhdidin qarşısında hazırlıqlıyıq”

Tofiq Abbasov: “Moskvadakı terrorla Azərbaycanda planlaşdırılan terror bir-biri ilə əlaqəli deyil”

 

“Azərbaycanda planlaşdırılan terror aktında da həmin izlər var. Ümumiyyətlə, bütün dünyada terrorçuların dəsti-xətti, taktikası eynidir”.

 

Versus.Az xəbər verir ki, bunu Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert kompleksində törədilən terror aktı ilə bağlı açıqlamasında siyasi şərhçi Tofiq Abbasov deyib.

 

T.Abbasov bildirib ki, bu, məqsədli şəkildə əhali arasında xof yaratmaq, insanları düz yoldan yayındırmaq, hakimiyyətə olan etimadı zəiflətməkdən ibarətdir.

 

T.Abbasov Rusiyada baş vermiş terrorla Azərbaycanda planlaşdırılan terrorun bir-biri ilə əlaqəli olmadığını bildirib. Onun fikrincə, Rusiyada baş verən terrorun qayəsində başqa maraqlar var:

 

“Həmin terror aktında Ukraynanın, Qərbin izlərini axtarırlar. Ola bilər ki, bizdə planlaşdırılan terror aktında da həmin izlər var. Ancaq burada istədikləri başqa bir şeydir - sabitliyi pozmaq, hərcmərclik yaratmaq və eyni zamanda qələbəmizi həzm edə bilməyən qüvvələrə meydan vermək”.

 

T.Abbasov hesab edir ki, xarici kəşfiyyat orqanları planlaşdırdıqları terrorla Azərbaycan rəhbərliyinə mesajlar verirlər ki, istədikləri zaman sabitliyi poza bilərlər. Onun sözlərinə görə, amma bu mümkün deyil:

 

“Dövlət Təhlükəszilik Xidməti və digər güc struktirları əlaqələndirilmiş şəkildə işləyir, bir-birini tamamlayır. Azərbaycan reallığında belə oyunbazlıqlar keçməyəcək. Azərbaycan xüsusi xidmət orqanları artıq bir neçə ölkənin cəsus şəbəkəsni zərərsiləşdirib. Azərbaycan xüsusi xidmət orqanlarının Fransanın cəsus şəbəkəsini zərərsizləşdirməsi yüksək peşəkarlığın göstəricisidir. Bu ondan xəbər verir ki, proseslər aidiyyatı orqanların diqqətindədir. Biz təhlükəsizliyimizi, əldə etdiyimiz qələbəni qorumaqda israrlıyıq. Ona görə də belə planlarla daxildə gedən prosesə müdaxilə edərək sabitliyi poza biləcəklərinə inanmıram. Əgər biz böyük qələbəmizi əldə etməkdə yüksək peşəkarlıq, yeni texnoloji vasitələrin istifadəsini nümayiş etdirə bilmişiksə, deməli bütün proseslərə kompleks şəkildə yanaşa bilirik. İstənilən təhdidin qarşısında hazırlıqlıyıq. Bədnam qüvvələrin istəkləri reallaşmayacaq”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Dünyanın ən yaxşı ordularına malik ölkələr

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB