Rusiyada yaradılan “terror dalğası” Azərbaycanı tuta bilərmi?

19:20 28-03-2024 | icon 387 | Geopolitika
Rusiyada yaradılan “terror dalğası” Azərbaycanı tuta bilərmi?

Arzu Nağıyev: “Moskvadakı terrordan sonra Azərbaycanın düşmənləri baş qaldırmaqdadır”

 

Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert kompleksində törədilən dəhşətli terror aktı insanlığa qarşı yönələn ağır cinayət hadisəsi kimi təhlil olunmaqla məkanından, dinindən, irqindən asılı olmayaraq hər kəsi narahat edir, dünyada gərginlik ocaqlarını çoxaltmaq istəyənlərə qarşı güclü müqavimət qalxanı yaratmaq tələbi ilə növbəti “SOS” siqnalını verdi. Yeni dünya düzənində vəziyyəti gərginləşdirməklə öz maraqlarını təmin etməyə çalışan cinayətkar qrupların sərhəd tanımadan törətdiyi qətliamlar, dağıntılar cəmiyyətdə çaşqınlıq yaratsa da, dövlət təhlükəsziliyinin daim ayıq-sayıq olması zərurətini ortaya qoyur. Bu mənada Rusiyada baş verən terror aktından sonra Azərbaycanda Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi uğurlu əməliyyat diqqətlə izlənir.

 

Xəbər verildiyi kimi, Dövlət Təhlükəsizlik Xidməti əməliyyat keçirərək Azərbaycan ərazisində terror aktı planlaşdıran bir qrup şəxsi saxlayıb. Belə ki, Azərbaycanda terror aktları və silahlı basqınlar törətməyi planlaşdıran, ölkə hüdudlarından kənardakı silahlı münaqişələrdə iştirak edən terrorçu silahlı birləşmələrin tabeçiliyini qəbul edərək onlarla əlaqəli qanunsuz fəaliyyət göstərən silahlı dəstə yaradıldığı barədə Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib və təxirəsalınmaz əks tədbirlərin görülməsini zəruri edib. Terror aktı planlaşdıran həbs olunan şəxslərin icra başçısı və bir sıra əcnəbi vətəndaşları hədəfə aldığı müəyyən edilib.

 

Maraqlıdır, Rusiyada baş verən terrorla Azərbaycanda baş verən hadisələr bir-biri ilə nə dərəcədə əlaqəlidir? İnsanlığa, sülhə qarşı yönələn bu aktın arxasında kimlər dayanır? Azərbaycanda terror təhdidi varmı və bu kimin dəyirmanına su tökmüş olar?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən deputat Arzu Nağıyev mühüm nüanslara diqqət çəkib.

 

Milli Məclisin deputatı Arzu Nağıyev dünyada heç bir dövlətin terror hadisələrindən sığortalanmadığını və buna görə də hüquq-mühafizə orqanlarının öz peşələrini yüksək səviyyədə həyata keçirməli olduğunu mühüm amil kimi önə çəkib. O, eyni zamanda qeyd edib ki, xüsusi xidmət orqanları birmənalı şəkildə əməliyyat şəraitinə tam nəzarət etməli və koordinasiyalı şəkildə öz fəaliyyətini icra etməlidir.

 

A.Nağıyev bu prosesdə hər bir vətəndaşın da məsuliyyətli olmasını, şübhəli bildiyi hallarla bağlı bütün məlumatların xüsusi xidmət, hüquq-mühafizə orqanlarına ötürməsini mühüm hesab edib. Onun fikrincə, birgə fəaliyyət teror aktlarının qarşısının müəyyən qədər alınmasına təsir edə edə bilər.

 

A.Nağıyev bildirib ki, dövlət olaraq Azərbaycan erməni təcavüzünə, terroruna qarşı daim mübarizə aparıb. Yəni Azərbaycan xalqı terrorun nə olduğunu bilir. Xalqımıza qarşı istər metroda, digər struktur bölmələrində terror aktları törədilib:

 

“Biz terroru itkilərimizlə də hiss etmişik. Terror qurbanlarımız, şəhidlərimiz olub. Buna görə də terrorun qarşısının alınması üçün hər bir vətəndaşımız məsuliyyətli olmalıdır. Bu gün sərhədlərimizdən çox da uzaq olmayan ərazilərdə müharibələr gedir. Erməni təcavüzü sona qədər özünün həllini tapmayıb, birmənalı şəkildə biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, istənilən axtarışlar zamanı ərazilərimizdə müxtəlif silah-sursat tapılır, dövlətlərdən Azərbaycana qarşı əks bəyanatlar verilir. Bütün bunlar bir daha göstərir ki, düşmən məkirlidir və istənilən halda özünün bu siyasətini davam edir. Buna görə də bu proseslərdə mütləq şəkildə ayıq-sayıq olmaq lazımdır. Düşünürəm ki, Azərbaycan xüsusi xidmət, hüquq mühafizə orqanları mövcud şəraitə tam şəkildə nəzarət edir, terroroun qarşısını peşəkarcasına alır”.

 

A.Nağıyev hesab edir ki, Moskvada baş vermiş terror hadisəsindən sonra Azərbaycanın düşmənləri baş qaldırmaqdadır. Onun sözlərinə görə, Salavyov kimi erməni təəssübkeşləri heç bir fakta söykənməyən müxtəlif bəyanatlar verir, ictimaiyyəti çaşdırırlar:

 

“Məlum məsələdir ki, Moskvada baş verən terrorda hər hansı bir azərbaycanlının iştirakından söhbət gedə bilməz. Sadəcə Salavyov kimiləri yenə də erməni dəyirmanına su tökməklə məşğuldur. Bunun da cavabı ən yüksək səviyyədə veriləcək. Salavyov özü dediyi sözlərlə bağlı faktları varsa ortaya qoymalıdır”.

 

Deputat son vaxtlar keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Azərbaycanda terror törətməyə cəhd edən qrupun ifşa olunmasına diqqət çəkib. Qeyd edib ki, Dövlət Təhlükəszilik Xidməti bu məsələni yüksək peşəkarlıqla həll edib:

 

“Eyni zamanda dövlət məmuruna qarşı planlaşdırılan terror aktının, eləcə də Azərbaycanda yaşayan əcnəbi vətəndaşlara qarşı törədilə biləcək terrorun qarşısı alınıb. Həmçinin dini radikal qruplaşmasının yaradılması və onların xaricdə təlim keçməsinin səbəbkarı olan şəxslər cinayət məsuliyyətinə cəlb edilib, haqlarında həbs-qəti-imkan tədbiri seçilib, istintaq davam edir. Bir sözlə, Azərbaycan xüsusi xidmət, hüquq mühafizə orqanları öz işlərini yüksək səviyyədə həyata keçirir. Biz 44 günlük müharibədə, lokal antiterror tədbirlərində, son vaxtlar Xankəndidə keçirilən əməliyyat axtarış tədbirlərinin nəticələrində bu üstünlüyün şahidi olduq. Azərbaycan xalqı əmin olmalıdır ki, onun arxasında güclü, peşəkar, öz işini bilən xüsusi xidmət orqanları və onlara rəhbərlik edən Ali Baş Komandan var”.

 

Tahirə Qafarova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR