“Avropa Ermənistanı öz təhlükəli maraqları üçün dəstəkləyir”

20:50 28-03-2024 | icon 232 | Siyasət
“Avropa Ermənistanı öz təhlükəli maraqları üçün dəstəkləyir”

Elşad Mirbəşir: "Azərbaycana qarşı bütün məkirli niyyətlər elə başlanğıcdan fiaskoya uğrayacaq"

 

Regionun geosiyasi mənzərəsi Avropa və Qərb təsisatlarının qərəzli müdaxilələri kontekstində gərginləşir. Regionda maraqlı olan güclərin “gizli müharibədə qalib” olmaq cəhdləri terror silahı ilə insanları qorxu, çaşqınlıq, həyacan içərisində saxlayır. Dünyada və ayrı-ayrı bölgələrdə böyük güclərin toqquşan maraqları sülhün qarşısında böyük əngələ çevrilməkdədir. Artıq Avropa və Qərb region iddiaları ilə Ermənistan üzərindən Azərbaycana qarşı növbəti hücumlara hazırlanır.

 

Versus.Az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı müsahibə verən Milli Məclisin deputatı Elşad Mirbəşir gündəmi zəbt edən bir neçə məsələyə diqqət çəkib.

 

- Elşad müəllim, son günlər Ermənistan mediası baş nazir Nikol Paşinyanın 4 kəndi Azərbaycana qaytaracağı ilə bağlı məlumatları xüsusi gündəm olaraq yayımlamaqdadır. Artıq erməni rəsmiləri bugünkü çıxışlarında bu faktı təsdiqləyiblər. 8 kəndin qaytarılması ilə bağlı hazırki proses hansı istiqamətdə irəliləyir?

 

- Söhbət Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Qızılhacılı və Xeyrimli kəndlərindən gedir. Bu kəndlər hələ 90-cı illərdə ermənilər tərəfindən zəbt edlib və Tavuş rayonunun ərazisinə qatılıb. Amma Ermənistan bilir ki, Azərbaycan öz ərazilərinin bir qarışından da imtina etməyəcək. Artıq 2020 və 2023-cü ilə qədər Azərbaycanın çağırışlarına lazımi cavab verilməməsinin nəticəsinin necə olduğunu da gördü. Biz 2020-ci ilə qədər də ərazilərimizin erməni işğalından azad olunmasını, ermənilərin ərazilərimizdən dinc yolla geri çəkilməsini istəyirdik. Ermənistan isə bizim bu çağırışlara lazımi reaksiya nümayiş etdirmir, əksinə, Azərbaycanın yeni ərazilərini işğal etmək istəyirdi. Bundan sonra biz torpaqlarımızı hərbi yolla azad etdik və Ermənistana, onun havadarlarına nümayiş etdirdik ki, məsələni dinc yolla həll etmək istəyimiz bizim zəifliyimizdən irəli gəlmirdi. Biz 2023-cü ilə qədər də ermənilərə reinteqrasiya ilə bağlı çağırışlar edirdik. Separatçılara, Ermənistana silahlı qüvvələrinin qalıqlarını Azərbaycandan geri çəkmələri ilə bağlı çağırışlar edirdik. Ermənistan buna da məhəl qoymurdu və bizi antiterror tətbirlərini görməyə vadar etdilər. Bütün bunları görən Ermənistan yaxşı bilir ki, öz xoşu ilə qeyri-eksklav kəndləri Azərbaycana təhvil verməkdən başqa yolu yoxdur. Hazırda bunu Ermənistan rəhbərliyinin ritorikasında müşahidə etməkdəyik. Paşinyan Qazax rayonu istiqamətdində sərhəd bölgəsinə səfəri zamanı da əhaliyə bildirmişdi ki, biz bu kəndləri qaytarmasaq müharibə olacaq və bu müharibənin Ermənistan üçün necə nəticələnəcəyini Paşinyan gözəl təsəvvür edir, sərhəd zonasının erməni sakinləri də bunu yaxşı bilir.


Azərbaycan Prezidenti 10 yanvar tarixində yerli televiziyalara müsahibəsi zamanı dedi ki, 4 qeyri-eksklav kənd qeyd-şərtsiz geri qayıtmalıdır. Digər eksklav olan 4 kənd isə sərhədlərin delimitasiyası prosesində Azərbaycana təhfil verilməlidir. Bütün hallarda Azərbaycan bütün ərazilərinə nəzarətini təmin edəcəkdir. Bunu Ermənistan da çox gözəl bilir. Azərbaycanın gücünə bələd olan Ermənistan ilkin mərhələdə 4 kəndin geri qaytarılmasından başqa yol görmür. Ermənistan parlamentinin sədri Alen Simonyan da bu günlərdə bildirib ki, həmin kəndlər Azərbaycana məxsusdur. Deyib ki, o vaxtlar həmin ərazilərdən Gürcüstana keçən zamanlar bu ərazilərə baxıb, “bura Azərbaycanın əraziləridir” deyirdilər. O baxımdan hesab edirəm ki, Ermənistan yaxın zamanlarda o kəndləri Azərbaycana təhvil verməlidir. Bunun alternativi yoxdur. Qeyd edim ki, ilkin mərhələdə qeyri-eksklav olan 4 kəndin qaytarılmasından söz gedir. Təbii ki, digər kəndlər də sərhədlərin delimitasiyası prosesində Azərbaycana qaytarılacaq. Bu müzakirə olunmur. Ümumən, Azərbaycanın Ermənistanın nəzarətində olan 8 kəndi mütləq şəkildə Azərbaycana geri qaytarılmalıdr.

 

- 44 günlük zəfər savaşından sonra Avropa, Qərbin bir çox təsisatları tərəfindən Azərbaycana qarşı yönələn təhdid, təzyiq dolu çıxışlar Ermənistanın Azərbaycana qarşı revanşist yanaşmasını sanki kölgədə qoyur. Üstəlik Qərbdən Ermənistana əlavə təhlükəszilik təminatın veriləcəyi ilə bağlı danışıqlar gedir. Bununla nəyə nail olmağa çalışırlar?

 

- Biz həmişə müşahidə eləmişik ki, Qərb mövqeyində səmimi deyil. Qərb Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması imkanı yaranmasından narahatdır. Çünki münaqişə olan zaman regiona çox rahat şəkildə müdaxilə edə bilirdilər. Bu gün münaqişə vəziyyəti Azərbaycanın gücü, iradəsi ilə ortadan qalxıbsa, deməli Qərbin regiona müdaxilə imkanları da məhduddur. Qərb strukturları, dövlətləri davamlı olaraq Azərbaycanla Ermənistan arasında sülhün olmasını istədiklərini bildirsələr də, görünən odur ki, bu mövqeləri saxtadır. Azərbaycana qarşı əsassız ittihamlar irəli sürür, qərəzli mövqe formalaşdırır, qətnamələr qəbul edirlər. Deməli həmin qücələr regionda sülh istəmir. Bu gün Ermənistan hakimiyəti Qərbin təsiri altındadır. Belə olan halda Ermənistan əksər hallarda Qərbdən gələn təlimatlar əsasında davranır. Onlar regionda gərginliyin artmasında maraqlıdırlar.


Bildiyiniz kimi, aprel ayının 5-də ABŞ dövlət katibi, Avropa Komissarı Fon Der Lının və Ermənistanın baş nazirinin görüşü planlaşdırılır. Orada Ermənistana əlavə təhlükəsizlik təminatlarının verilməsini nəzərdə tutacaq sənədin imzalanması gözlənilir. Ermənistanın əlavə təhlükəsizlik təminatına ehtiyac olmadığı halda belə bir təminatın nə məqsədlə verildiyi aydındır. Çünki Ermənistana heç kim hücum etmək istəmir. Ermənistanın təhlükəsizliyinə heç bir təhdid mövcud deyil. Əksinə, Ermənistan regionda daim işğalçılıq və təcavüzkarlıq siyasəti həyata keirən bir dövlətdir. Deməli, Avropa Ermənistana “əlavə təhlükəsizlik təminatı” adı altında daha yaxından hərbi, siyasi müdaxilə etmək istəyir. Belə olan halda da Ermənistanı regionda vəziyyəti qarışdırmağa sövq edəcəkdir. Ermənistan sitemli şəkildə silahlandırılır, NATO ilə yaxından əməkdaşlıq edir, Ermənistan ordusunun NATO standartlarına uyğun formalaşdırılması istiqamətində ciddi hərəkətlənmə var. Bütün bunlar gələcəkdə Ermənistanı bir plastarma çevriməyə hesablanıb. Amma Qərb Ermənistana erməni maraqları naminə dəstək olmur. Məsələn, aparıcı məsələlər üzrə Avropa rəsmisi Cozef Borel açıq mətinlə bildirdi ki, - “biz Ukraynanı Ukrayna maraqları üçün deyil, öz maraqlarımız naminə dəstəkləyirik”. Ukraynanın dəstəklənməsi Amerika Birləşmiş Ştatlarının maraqlarına cavab verir. Deməli, Ermənistana da öz maraqları naminə dəstək verirlər. Qərbin region maraqları bütövlükdə region üçün çox təhlükəlidir. Qərb bu prosesdə Azərbaycanı öz təsiri altına salmaq niyyətini güdür. Azərbaycan milli maraqları müstəvisində müstəqil siyasət yürüdür. Azərbaycan lideri cənab İlham Əliyev Azərbaycan xalqının milli maraqlarına uyğun siyasət yürütmək gücünə, strateji baxışlara sahib olan şəxs olmaqla, bütövlükdə Cənubi Qafqaz regionunda təhlükəsizlik mühitini yaxşılaşdırmaq gücündə olan bir dövlət başçısıdır. Bu da təbii ki, Qərb tərəfindən həzm olunmur. Ona görə də Azərbaycana qarşı davamlı olaraq qərəzli mövqe sərgiləyirlər. Və Ermənistanı Azərbaycana qarşı dəstəkləmək istəyində olduqlarını gizlətmirlər.

 

- Bəs, Qərbin Ermənistanı Rusiyadan qoparmaq iddiası özünü doğruldurmu?

 

- Ermənistanla Rusiya arasında olan mövcud münasibətlər SSRİ-nin süqutundan sonra heç vaxt olmadığı qədər gərgindir. Və Qərbin təlimatları əsasında Ermənistanla Rusiya arasında bütün bağları qoparmağa çalışır. Bildiyimiz kimi Ermənistan Rusiya ilə eyni təhlükəszilik platformasında olmağın əhəmiyyətsziliyinə açıq mətinlə işarələr etməkdədir. Belə olan halda Qərbin Ermənistanı Rusiyaya qarşı növbəti cəbhə kimi istifadə etmək istəyində olduğunu müşahidə etməkdəyik. Bu da regionda ümumi vəziyyətə çox ciddi mənfi təsir göstərəcəkdir. Cənab Prezident də bunu dəfələrlə qeyd edib ki, regiona kənar güclərin müdaxilə etməsinə qarşıdır. Hətta Prezident parlamentdə andiçmə mərasimində dedi ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsinin süni olaraq beynəlxalq əhəmiyyətini şişirdirlər. Buna ehtiyac yoxdur. Bu, Azərbaycan və Ermənistan arasında olan məsələdir. Ölkə başçısı ona işarə edirdi ki, kənar güclər regiona müdaxilə etməsinlər. Çünki belə müdaxilələr olduqca təhlükəli nəticələrə gətirib çıxara bilər.

 

- Rusiyada baş verən terror aktının dini qruplaşmalar tərəfindən törədildiyi barədə Qərbin yaydığı məlumatların regionda baş verən geosiyasi proseslərlə bağlılığı, təsiri nə ola bilər. Məlumdur ki, məlum terror hadisəsindən sonra Azərbaycanda planlaşdırılan terror aktının qarşısı alındı. Bu terror aktı hansı siyasi prosesin davamıdır?

 

- Bu terror aktı dinc insanlara qarşı törədilmiş qanlı bir cinayət idi. Çox təəssüf ki, bu gün terror dövlətlərarası münasibətlərin aydınlaşdırılması aləti rolunda çıxış edir. Bu da bütövlükdə qlobal səviyyədə çox cidi təhlükəsziliyə təhdidlər yaradır. Rusiyada törədilmiş qanlı cinayətlə bağlı hələlik istintaq davam edir. Amma Rusiya rəsmiləri bu aktın sifarişçilərinin Qərbdə olduğunu bildirirlər. Ümumiyyətlə, terrorun bütövlükdə İslam dünyasına da çox böyük mənfi təsiri var. Görünür, bu terroru təşkil edənlər Rusiyanın daxilində müsəlmanlara qarşı kin, nifrət oyatmağa çalışıblar. Rusiyada genişmiqyaslı etnokonfidensional münaqişələrə gətirib çıxara bilər ki, bununla da ölkədə daxili münaqişələri yarada bilərdi. Hesab edirəm ki, terror əsasən buna hesablanmışdı. Çünki Rusiyada 20 milyondan artıq müsəlman yaşayır. Və ona görə də Vladimir Putin məsələ ilə bağlı münasibət bildirəndə heç bir halda bunun bütövlükdə islamla əlaqələndirilməsini düzgün hesab etmədi. Vurğuladı ki, bəli bu, radikal islamçılar tərəfindən edilib, amma bunun sifarişçiləri başqadır. Sifarişçilərin kimliyi ilə bağlı istintaqın nəticəsi olaraq məlumatlar veriləcək. Amma bütövlükdə bu, islam dininə, islam dünyasına zərbə vurmaq üçün hesablanmış terakt idi və bunun sifarişçiləri xarici qüvvələrdir. Sadəcə olaraq müsəlmanlardan məqsədli şəkildə istifadə olunubdur ki, Rusiyada etnik-dini zəmində qarşıdurmalar yaradılsın.
Azərbaycan isə daim erməni terrorlarından əziyyət çəkib. Ermənistan terroru dövlət siyasəti səviyyəsinə qaldırıb. Biz bunu hər zaman müşahidə etmişik. Ona görə də Azərbaycanda təhlükəsizliyin təmin olunması məsələsinə hər zaman həssas yanaşılır. Nəzərə almaq lazımdır ki, 1999-cu ildə terrorizmə qarşı mübarizə ilə bağlı Azərbaycan Respublikasnın qanunu qəbul olunub. Bütün hallarda Azərbaycan hazırda post-münaqişə mərhələsindədir. Ermənistan döyüş meydanında Azərbaycana ağır məğlub oldu. O da ehtimal oluna bilər ki, başqa yollarla bizim dövlətə, xalqımıza qarşı revanş mübarizəsini davam etdirmək istəyəcəkdir. Ermənistana kənar güclərin dəstəyinin aşkar müşahidə olunması bu istiqamətdə ehtimalları daha da gücləndirir. Yəni Qərb də bir qayda olaraq mübarizə formalarından biri kimi terroru aktiv saxlayır. Qərbin bu gün Ermənistana, erməni separatizminə açıq dəstək verdiyini də görməkdəyik. Ermənistanın silahlandırılması, ona əlavə təhlükəszilik təminatının verilməsi ona işarə edir ki, Azərbaycana qarşı mübarizəni davam etdirmək niyyətindədirlər. Ona görə də biz hər zaman ayıq olmalı, təhlükəszilik sisteminin çevik olmasına diqqətli yanaşmalıyıq. Bu da onu deməyə əsas verir ki, gizli-propsi müharibə cəhdləri var. Elə Moskvada törədilən terror aktı da Rusiyaya qarşı popsi-müharibə göstəricisidir. Azərbaycana qarşı da ermənilər belə bir müharibəni təşkil edə bilərlər. Amma əsas odur ki, biz o cəhdlərin qarşısını almaq əzmində, gücündəyik.

 

- Xankəndidən öz xoşları ilə köçüb gedən etnik ermənilərin “etnik təmizləmə” iddiası ilə geriyə qaytarılması məsələsi Qərb dairələrinin Azərbaycana qarşı istifadə etdiyi bir alət kimi nə dərəcədə təsiredici gücə malikdir?

 

- Azərbaycan ərazisində yaşayan ermənilərin demək olar ki, böyük əksəriyyətinin əli azərbaycanlı qanına bulaşmışdı. Onlar separatizm fəaliyyəti ilə məşğul olmuşdular. Azərbaycan onları silahı yerə qoyub, reinteqrasiya prosesinə qoşulmağa çağırsa da, onlar Azərbaycan ərazilərini tərk etdilər. Ayrıca, BMT-nin faktaraşdırıcı missiyası 2 dəfə bölgəyə səfər edərək təsdiq etdi ki, ordakı ermənilərə qarşı heç bir zorakılıq tətbiq edilməyib. Həmin ermənilərin hamısında Ermənistan pasportu var. Bu o deməkdir ki, Ermənistan vətəndaşları 30 il müddətində Azərbaycan ərazisində qeyri-qanuni mövcud olublar. Bunun özü ayrıca məsuliyyət yaradır. Onlar Azərbaycan qanunlarını pozaraq bu ərazilərdə 30 il müddətində mövcud olublar. II məsələ ondan ibarətdir ki, Ermənistanın kuratorları ermənilərin Azərbaycan ərazilərini məqsədli şəkildə tərk etməsinə nail olublar. Bunu belə etdilər ki, sonradan Azərbaycana qarşı qərəzli siyasi münasibət formalaşdırmaq üçün əllərində alət olsun. Bu gün də həmin ermənilərin Azərbaycana qaytarılmasının vacibliyini qeyd edir, Ermənistanı revanşa sövq edirlər. Məqsəd Azərbaycana qarşı təzyiqlər göstərməkdən ibarətdir. Sual olunur: həmin ermənilərin Azərbaycan ərazisində qalmaq imkanları olduğu halda, niyə əraziləri öz istəkləri ilə tərk etdilər və bu gün hansı məqsədlə yenidən Azərbaycan ərazilərinə qayıtymaq istəyirlər. Deməli, bunların məqsədləri yenidən Azərbaycan ərazilərində separatçılıqla məşğul olmaqdan ibarətdir. Hətta fevral ayında Qarabağdan könüllü gedən ermənilər İrəvanda “Miatsum” hərəkatının 36-cı ildönümü ilə bağlı böyük bir aksiya keçirdilər. Yəni onlar yenə də “Miatsum” utopiyasl ilə yaşayırlar. Deməli onların məqsədi separatizmi Azərbaycan ərazilərinə transver etməkdən ibarətdir. Görünən odur ki, Qarabağ ermənilərini də Azərbaycana qarşı bir təsir kimi istifadə etməyə çalışırlar. Amma hesab edirəm ki, Azərbaycana qarşı bütün məkirli niyyətlər elə başlanğıcdan fiaskoya uğrayacaq.


Ümumilikdə bugünkü proseslər region üçün gələcək təhlükələrə hesablanıb. Çünki Avropa Ermənistanı öz təhlükəli maraqları üçün dəstəkləyir. Ermənistana verilən dəstək isə ondan tələb olunan addımları atması üçündür. Ermənistanın da vəzifəsi regionda yenidən gərginlik yaratmaqdan ibarətdir.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR