Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzulidə olublar

07:03 29-03-2024 | icon 175 | Cəmiyyət
Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzulidə olublar

Bu gün Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzuli rayonunda olublar.

 

Səfərin ilk günündə şəhid ailələrinin üzvləri Füzuli rayonu Alxanlı, Merdinli, Qaraxanbəyli kəndlərində olub, övladlarının şəhidlik zirvəsinə ucaldıqları yerləri ziyarət ediblər.

 

Həmçinin, səfər zamanı onlar Füzulidə aparılan quruculuq işləri ilə də tanış olublar.

 

Şəhid ailələrinin üzvləri Xocavənd rayonu Qırmızı Bazar qəsəbəsinə də səfər ediblər.

 

Naxçıvandan yola düşən şəhid ailələri sabah Şuşa şəhərinə və Xocavənd rayonuna da səfər edəcəklər.

 

Səfər Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi tərəfindən təşkil edilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR