DİN-dən ƏMƏLİYYAT

11:51 30-03-2024 | icon 329 | Hadisə
DİN-dən ƏMƏLİYYAT

50 kiloqram narkotik vasitə ələ keçirildi

 

Masallıda və Bakının Qaradağ rayonunda əməliyyat keçirilib, 50 kiloqram narkotik vasitə götürülüb.

 

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 mart 2024-cü il tarixində keçirilən növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 1993-cü il təvəllüdlü Aqil Əlizadə Qaradağ rayonu ərazisində saxlanılıb.

 

Həmin şəxsin üzərindən, avtomobilindən və Masallı rayonundakı evindən ümumilikdə 50 kiloqram, o cümlədən 39 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 7 kiloqram heroin, 2 kiloqram metamfetamin, 2 kiloqram tiryək, 2000 ədəd metadon həbi və narkotiklərin satışında istifadə etdiyi 2 ədəd elektron tərəzi aşkarlanıb. Araşdırmalarla A.Əlizadə narkotikləri şəxsiyyəti istintaqla araşdırılan Fərşad adlı İran vətəndaşından Astara rayonunda əldə etdiyini bildirib.

 

Onun əsas məqsədi kuryerlik edərək narkotikləri müxtəlif ünvanlara çatdırıb pul əldə etmək olub. Faktla bağlı cinayət  işi başlanılıb, A.Əlizadə barəsində məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq