Sürücülərə XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, aprelin 4-də ölkə ərazisində hava şəraitinin güclü küləklə müşayiət olunan kəskin dəyişməsi gözlənilir.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə xəbərdarlıq edib.
Qurum hava şəraiti ilə əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edərək nəqliyyat vasitələrini sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamağı tövsiyə edir.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha diqqətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməli, hərəkət sürətini hava şəraitinə uyğun seçməli, açıq ərazilərdə sürəti azaltmalı, qəfil manevr və ya kəskin tormazlama etməməli, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan çəkinməlidirlər.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...