Plastik cərrah Alla Puqaçovadan danışdı

14:07 03-04-2024 | icon 202 | Şou-biznes
Plastik cərrah Alla Puqaçovadan danışdı

"O, bütün bədən nahiyələrində bir dəfədən çox əməliyyat keçirib”

 

Rusiyalı plastik cərrah İvan Volodçenkov müğənni Alla Puqaçovanın uğursuz əməliyyatından danışarkən bildirib ki, Puqaçova bütün bədən nahiyələrində bir dəfədən çox əməliyyat keçirib. Ekspert qeyd edib ki, 74 yaşlı sənətçi üzünün cavanlaşması sayəsində yaşına görə kifayət qədər yaxşı görünür.

 

O hesab edir ki, müğənninin son dəfə üzündə dartılma proseduru uğursuz olub:

 

“Sonuncu üzün dartılması proseduru zamanı ya üz sinirinin yanaq budaqları zədələnib, ya da üz sinirinin yanaq budaqlarında artıq atrofik dəyişikliklər başlayıb ki, bu da əzələlərin işini ləngidir və ya tamamilə pozur”.

 

Mütəxəssis onu da qeyd edib ki, Puqaçovanın bu yaxınlarda çəkdiyi fotoşəkildə aşağı çənənin xətti müxtəlif səviyyələrdədir. Bundan əlavə, cərrah məşhurun qulağının deformasiyaya uğradığını iddia edir. Onun sözlərinə görə, bu, sənətçinin ən azı 3 dəfə üzünü dartdırdığından xəbər verir. Volodçenkov məşhurun iki və ya üç dairəvi blefaroplastika keçirtdiyini də təxmin edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR