“Orada Paşinyanın diqqətinə çatdırılmalıdır ki…”

18:17 05-04-2024 | icon 144 | Siyasət
“Orada Paşinyanın diqqətinə çatdırılmalıdır ki…”

Rəşad Bayramov: "Qərb Ermənistanın Rusiya ilə əlaqələrini kəsməsini tələb edir"

 

5 aprel Brüssel görüşündən öncə ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidentinə zəng edərək vəziyyəti izah etməyə çalışması Qərbin, Avropanın regionla bağlı cızdığı mühüm məqamları ortaya çıxarır. Nədir o; ABŞ, Avropa İttifaqı rəsmilərinin Ermənistan baş naziri ilə görüşü regionla bağlı nəyə hesablanır?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Entoni Blinkenin zəngi ilk baxışda ABŞ-ın Azərbaycanın məlum görüşlə bağlı narazılığını və narahatlıqlarını qəbul etdiyini ifadə edir. Onun sözlərinə görə, əgər ABŞ-ın baş katibi Prezidentə zəng edərək görüşlə bağlı məlumat verməyi özünə borc bilibsə, demək Azərbaycanın regionun lider dövləti olaraq maraqlarının nəzərə alınmasının vacibliyini qəbul edib. Politoloq bildirib ki, görüşdə Ermənistan iqtisadiyyatının təmin olunması istiqamətində məsələlərin müzakirə olunacağı önə çəkilib.

 

Politoloq hesab edir ki, burda əsas məqam ABŞ, Avropa İttifaqının qarşıdakı riskləri nəzərə almasıdır:

 

“Ermənistan hələ də KTMT-nin üzvüdür və Rusiyanın Ermənistan ordusu üzərindəki təsir imkanları yüksəkdir. Bu da onu deməyə əsas verir ki, Ermənistana təhlkəszilik təminatı zəmanəti veriləcəyi halda, ötürüləcək hərbi sursatların Rusiyanın əlinə keçə biləcəyi təhlükəsi mövcudur. Qərb bütün bunları nəzərə alaraq Paşinyanla görüşdə məhz iqtisadi məsələlərin ön planda olmasını məqsədəuyğun hesab edir. Qərb Ermənistanın Rusiya ilə əlaqələrini kəsməsini tələb edir. Bunun əvəzində də bütün sahələr üzər Rusiyadan asılı olan Ermənistan iqtisadiyyatının daha ağır duruma düşməməsi üçün Qərbdən qarantiya istəyir".

 

R.Bayramov hesab edir ki, ABŞ, Aİ, Ermənistana milyardlara vəsait ayrsa da belə, həmin” pullara alınan qida, enerjinin gətirilməsini həyata keçirəcək yolu yoxdur:

 

“Azərbaycan, Türkiyə sərhədi bağlıdır və Gürcüstan sərhədi yaz-yay aylarında işləyir. Belə olduğu halda Ermənistan İranın ümidinə qalır və bunu da Qərb istəməyəcək. Görüşdə müzakirə olunacaq məsələ Ermənistan iqtisadiyyatı ilə bağlı olacaqsa, orada Paşinyanın diqqətinə çatdırılmalıdır ki, vəziyyətdən çıxış yolu Azərbaycanla sülh müqaviləsini bağlamaq, Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqdan keçir. Çünki məhz bundan sonra Ermənistan iqtisadiyyatının ayaqda durması üçün real imkanlar yaradılacaq. Bu addımlar atılmasa Ermənistana milyardlarla vəsait ayrılsa da, iqtisadi sabitliyini təmin etmək mümükün olmayacaq”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM