"İran səhnə arxasında hərəkət edir"

18:33 05-04-2024 | icon 135 | Siyasət
"İran səhnə arxasında hərəkət edir"

Natiq Miri: “Rusiya sıxışdırılıb çıxarıldığı halda İrana müəyyən paylar da vəd oluna bilər”

 

5 aprel Brüssel görüşündən öncə ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidentinə zəng edərək vəziyyəti izah etməyə çalışması Qərbin, Avropanın regionla bağlı cızdığı mühüm məqamları ortaya çıxarır. Maraqlıdır, Qərbin, Avropanın regionla bağlı cızdığı ssenari Ermənistanı öz buxovuna sala biləcəkmi və bu prosesdə İran niyə susur?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən politoloq Natiq Miri hesab edir ki, əgər Qərb Ermənistanın Rusiyanın orbitindən çıxmağını tələb edirsə, Ermənistan da Qərbdən bütün sahələr üzrə təhlükəsizlik təminatı almağı düşünür.

 

Politoloq qeyd edib ki, Ermənistan Qərbdən milyardlarla vəsait alaraq öz iqtisadiyyatını dirçəltmək, yeni bazar təminatı, bu bazara çıxaracaq məhsulların standartını artırmaq istəyir. Onun fikrincə, eləcə də yeni müasir silahların alınması, ordunun, hərbi sənaye kompleksinin inkişafı, ordunun NATO standartında inkişafı üşün islahatların aparılması və birgə hərbi təlimlərin keçirilməsi istiqamətdində yardımlar istəyir.


N.Miri İranın da bu prosesin tərkib hissəsi olduğunu deyib. Onun sözlərinə görə, İran səhnə arxasında hərəkət edir. Çünki Ermənistan məhsullarının Avrasiya İqtisadi İttifaqı üzvü olan ölkələrin bazarlarında satılır. Burda əsas üstünlük Rusiyadadır. Bu məhsullar Qərb Avropa bazarları standartına uyğun deyil:

 

“Bu gün bu məhsulların Avropa bazarına çıxarılacağına dair təminatlar da yoxdur. Ona görə də Ermənistanın Rusiyadan və bu bazardan ciddi asılılığı var. Bundan başqa bir çox texnoloji infrastrukturlar Rusiya şirkətlərinin nəzarətindədir. Hətta dəmir yollarının nəzarət paketinə Rusiya şirkətləri rəhbərlik edir. Bir də Ermənistanın hərbi təhlükəszilik kontekstində müəyyən təminata ehtiyac var. Eləcə də Avropadan, Hindistandan daşınacaq silahların Türkiyə vasitəsi ilə Qara dənizdən gətirilməsi mümkün deyil. Yüklərin Gürcüstandan gətirilməsi üçün isə Azərbaycanın xəbərdarlıqları var və burda da problm var. Yeganə xətt İrandır və Hindistandan, Fransadan gələn silahlar İran vasitəsi daşınacaq. Bundan başqa Rusiya sıxışdırılıb çıxarıldığı halda İrana müəyyən paylar da vəd oluna bilər. Ona görə də İran rəsmilərinin boğazdan yuxarı verdiyi bəzi açıqlamalar var. Guya 3-4-cü qeyri-regional qüvvələrin regiona gəlməsinə qarşıdılar. Amma konkret əməli fəaliyyət mövcud deyil. Ona görə də İran susur”.

 

Politoloq qeyd edib ki, İran-Fransa münasibətləri hər zaman normal olub. Xomeynini hakimiyyətə gətirən dövlət də Fransadır. Ona görə də Fransa bir çox məsələlərdə fikir ayrılığına rəğmən İranla eyni hədəflərə ximət edirlər.

 


T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM