“Mədəniyyət mərkəzlərində keçirilən tədbirlərə görə ödəniş tətbiq edilsin”

19:25 05-04-2024 | icon 138 | Siyasət
“Mədəniyyət mərkəzlərində keçirilən tədbirlərə görə ödəniş tətbiq edilsin”

Razi Nurullayev: "Məsələyə bazar iqtisadiyyatı prinsipindən yanaşılmalıdır"

 

Mədəniyyət sahəsində çalışan şəxslərin sosial vəziyyəti ilə bağlı durum demək olar ki, sosial yardım alanların aylıq gəliri ilə bərabərdir. Bu sahədə ciddi dəyişiklik etmək lazımdır və növbəti büdcə dəyişikliyi olarsa mütləq mədəniyyət sahəsində çalışanların əmək haqlarının artırılmasına ehtiyac var.

 

Versus.Az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisdə “Mədəniyyət haqqında” qanunların müzakirəsi zamanı bildirib.

 

Deputat eyni zamanda mədəniyyət sahəsində olan vacib problemlərə diqqət çəkib:

 

“Mədəniyyət dedikdə insanlarımız şou başa düşməsin. Mədəniyyət bu ölkənin əxlaq, müdriklik, ziyalılıq, maarifləndirmə və cəmiyyətin inkişafına işıq tutan güzgüdür. Ölkədə mədəniyyət mərkəzləri, kitabxanalar, muzeylər, Heydər Əliyev Mərkəzləri var. Orada əmək haqları çox azdır, minimum əmək haqqı qədərdir. Mərkəzlərdə rəhbərlər üçün 500 manatdan bir az çox, digər işçilər üçün 350 manat. Mərkəzlərin saxlanması üçün isə qəpik də ayrılmır. Orada yaranan kiçik təmirləri aldıqları əmək haqları ilə edirlər. Bu doğru deyil”.

 

R.Nurullayev hesab edir ki, Heydər Əliyev Mərkəzlərində, həm də digər mədəniyyət Mərkəzlərində, klublarda və bu kimi digər yerlərdə, ümumilikdə mədəniyyət sahəsində çalışanların əmək haqlarının qaldırılması ilə yanaşı, həm də məsələyə bazar iqtisadiyyatı prinsipindən yanaşılmalıdır:

 

“Heydər Əliyev Mərkəzlərində, o cümlədən digər mədəniyyət mərkəzlərində, klublarda nazirlərin qəbulları, iclasları, görüşləri, icra hakimiyyətlərinin, o cümlədən müxtəlif dövlət və qeyri-dövlət tədbirləri keçirilir. Amma, pul ödəmirlər. Bu bazar iqtisadiyyatı baxımından düzgün qərar deyil. Təklif edirəm ki, mədəniyyət mərkəzlərində keçirilən tədbirlərə görə ödəniş tətbiq edilsin. Bu mədəniyyət ocaqlarının da inkişafı və orada çalışanların sosial durumunun yaxşılaşması baxımından da vacibdir. Ümumiyyətlə, bütün mərkəzlər, mədəniyyət ocaqları, həssas əhali qrupu üçün nəzərdə tutulmuş yerlərdən başqa hər sahə bazar iqtisadiyyatı prinsipi ilə işləməlidir”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM